CƏMİYYƏT


Azərbaycan iqtisadiyyatının bir sıra sahələrində artım qeydə alınıb

A+ A

Bakı, 21 iyul, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) elmi seminar keçirilib. Tədbir Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunub.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, bu ali məktəbin İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun direktoru, professor Yadulla Həsənli iclasda Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərə, onun tapşırıq və tövsiyələrinə xüsusi diqqət çəkərək, qeyd olunan müddətdə əldə edilən uğurlardan və qarşıda duran vəzifələrdən danışıb. Bildirilib ki, dünyada, o cümlədən Avropa ölkələrində cərəyan edən iqtisadi böhrana, neftin qiymətinin kəskin ucuzlaşmasına baxmayaraq, dövlət başçısının rəhbərliyi altında Azərbaycan iqtisadiyyatının bir sıra sahələrində, o cümlədən sənaye, kənd təsərrüfatı və real sektorda artım qeydə alınıb. Ötən altı ayın statistik göstəriciləri də bunu deməyə əsas verir.

Elmi-Tədqiqat İnstitutu direktorunun müavini, professor Rövşən Quliyev, Texnologiya Transfer Mərkəzinin direktoru Aydın Hüseynov və digər çıxış edənlər bu ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatının durumu və meyilləri haqqında danışıb, təkliflər səsləndiriblər. UNEC-in iqtisadçıları turizm sektoru, kənd təsərrüfatında pambıqçılıq, tütünçülük və baramaçılığın prioritet seçilməsinin əhəmiyyətini xüsusi qeyd ediblər.

Tədbirdə elm və təhsilin keyfiyyətinin yüksəldilməsi yolu ilə perspektivdə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinin vacibliyi vurğulanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.