İQTİSADİYYAT


Azərbaycan iş adamları İndoneziyada innovasiya sərgisinə dəvət olunurlar

Bakı, 7 yanvar, AZƏRTAC

Bu il mayın 15-də İndoneziyanın paytaxtı Cakarta şəhərində innovasiya sərgisi keçiriləcək.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) AZƏRTAC-a bildiriblər ki, sərgi İslam İnkişaf Bankının Müdirlər Şurasının 41-ci İllik Toplantısı çərçivəsində təşkil olunacaq. Mayın 19-dək davam edəcək sərgi səhiyyə, təhsil, gənclərin potensialının artırılması və onların işlə təmin edilməsi sahələrinə aid innovasiya layihələrinə həsr olunacaq.

İnnovasiya sərgisində iştirak etməkdə maraqlı olan sahibkarlar yanvarın 14-dək AZPROMO-ya müraciət edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.