İQTİSADİYYAT


Azərbaycan iş adamlarına Ərdəbildə beşulduzlu otel tikmək təklif olunub

A+ A

Tehran, 21 oktyabr AZƏRTAC

İran Azərbaycan iş adamlarına Ərdəbil əyalətində beşulduzlu otel tikməyi təklif edib.

Bu sözləri Azərbaycana etdiyi səfərdən qayıdan İranın Ərdəbil əyalətinin valisi Məcid Xudabəxş səfərinin yekunları haqqında yerli mətbuata açıqlamasında deyib.

Vali bildirib ki, İranın bu əyalətini hər il 4-5 milyon adam ziyarət edir. Azərbaycandan Ərdəbilə gələnlərin sayı isə ildə 500 min nəfərə çatıb. Ərdəbildə 12 min yerlik dördulduzlu otel var. Lakin əyalətə gələnlər daha rahat şəraiti olan oteldə qalmaq istəyirlər. Odur ki, Azərbaycanda keçirdiyimiz görüşlər zamanı bu təklifi irəli sürdük və Azərbaycan hökuməti otel tikintisi üçün sahibkarları Ərdəbil əyaləti ilə yaxından tanış olmağa göndərəcəyinə söz verdi.

Məcid Xudabəxş qeyd edib ki, otel inşa olunduqdan sonra gəlirlərin 51 faizinin oteli tikən şirkətə məxsus olacağı barədə razılıq əldə olunub.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.