İQTİSADİYYAT


Azərbaycan işgüzar turizm sahəsində beynəlxalq müsabiqədə təmsil olunur

A+ A

Bakı, 17 noyabr, AZƏRTAC

Biznes və işgüzar (MİCE) turizm sahəsində peşəkarların müsabiqəsini keçirən “Buying Business Travel Awards Russia & CIS” portalı “BBT Awards 2016” müsabiqəsinin nominantlarının tam siyahısını dərc edib.

Mükafata təqdim olunanlar arasında işgüzar turizm agentlikləri, aviaşirkətlər, hotellər, ödəniş sistemləri, internet servislər və işgüzar səyahətlər bazarının digər təmsilçiləri yer alıb.

Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nazirliyin Rusiyadakı nümayəndəliyi - “Tour a vent” şirkəti ölkəmizi “İşgüzar turizm” kateqoriyasının “Xaricə ən yaxşı MİCE istiqamət” nominasiyasında təmsil edir.

Belə ki, nominasiyada Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhəri və Gürcüstan ölkəmizlə rəqabət aparır. Sankt-Peterburq, Soçi şəhərləri və Tatarıstan Rusiya ərazisində ən perspektivli “MİCE” istiqamətlər hesab olunur.

Həmçinin, müsabiqədə “Etihad Airways”, “KoreanAir”, “Lufthansa” və “Singapore Airlines” aviaşirkətləri ən yaxşı aviaşirkət adı uğrunda mübarizə aparır.

Qeyd edək ki, “BBT Awards 2016” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi dekabrın 5-də Moskva şəhərində gerçəkləşəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.