MƏDƏNİYYƏT


“Azərbaycan” jurnalının yeni nömrəsində...

Bakı, 2 iyun, Zərəngiz Mansurova, AZƏRTAC

“Azərbaycan” jurnalının yeni 5-ci nömrəsi işıq üzü görüb.

AZƏRTAC xəbər verir ki, jurnalın bu nömrəsində oxuculara tanınmış şair Musa Yaqubun şeirləri təqdim olunub. Şairin 80 illik yubileyi münasibətilə akademik Nizami Cəfərovun, şair Əjdər Olun və gənc yazar Günay Qarayevanın Musa Yaqubun poeziyası haqqında yazıları dərc edilib.

“Poeziya” bölməsində Tair Taisoğlu, Güləmail Murad, Zirəddin Qafarlı, Mahcamal və digər şairlərin yeni şeirləri işıq üzü görüb.

“Nəsr” bölməsində yazıçı-dramaturq Hüseynbala Mirələmovun roman-trilogiyasından “Qazi Bürhanəddin səltənətinin süqutu” fəslini, Sadıq Zamanın “Kolumbun səhvi” hekayəsini oxuculara təqdim edir.

Jurnalın “Xatirələr” rubrikasında Qəşəm Nəcəfzadənin “Mənim ilk kitabım”, “Müstəqillik yollarında” rubrikasında yazıçı-publisist Südabə Ağabalayevanın “Yaddaş”, “Ədəbi talelər” rubrikasında Günel Natiqin “Həyatını ispan müğənnisinə həsr etmiş rus yazıçısı” və digər əsərlər dərc olunub.

Jurnalın baş redaktoru Əməkdar İncəsənət Xadimi İntiqam Qasımzadədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.