SİYASƏT
Azərbaycan jurnalistləri Ər-Riyadda “Səudiyyə Ərəbistanı-Azərbaycan əlaqələri” mövzusunda seminarda iştirak ediblər
Bakı, 6 fevral, AZƏRTAC
Diplomatik Araşdırmalar üzrə Əmir Səud əl-Feysəl İnstitutunun Asiya Tədqiqatları Mərkəzinin fevralın 6-da “Səudiyyə Ərəbistanı-Azərbaycan əlaqələri və regionun problemləri” mövzusunda təşkil etdiyi seminarda Azərbaycan jurnalistlərindən ibarət nümayəndə heyəti də iştirak edib.
AZƏRTAC “Al-Jazirah” qəzetinin saytına istinadla xəbər verir ki, institutun baş direktoru Əbdülkərim əd-Dəxil seminarın institutun regional və beynəlxalq problemləri izləmək məqsədilə davamlı elmi fəaliyyəti çərçivəsində keçirildiyini bildirib.