İDMAN


Azərbaycan karateçiləri Avropa çempionatında uğurla çıxış ediblər

A+ A

Bakı, 1 iyul, AZƏRTAC

Batumidə goju-ryu karate üzrə Avropa çempionatında Azərbaycan idmançıları uğurla çıxış ediblər.

AZƏRTAC xəbər verir ki, 20 ölkədən karateçilərin mübarizə apardığı çempionatda Hüseyn İsayev (8-9 yaş, 21 kq), İlkin Əsgərov (12-13 yaş, 32 kq), Coşğun Mirişli (13-14 yaş, 40 kq), Mixail Gitlin (14-15 yaş, 69 kq), Emin Əsgərzadə (18 yaşdan yuxarı, 63 kq), Razi İsayev (18 yaşdan yuxarı, 80 kq) və Alika Simikova (14-15 yaş, 54 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Kamil Kərimli (8-9 yaş, 37 kq), Raul Əliyev (8-9 yaş, 28 kq) gümüş, Marat Simikov (6-7 yaş, 25 kq) və Sadiq Mikayıllı (11-12 yaş, 37 kq) bürünc medal qazanıblar.

Hazırda millimiz noyabrda Ukraynada təşkil olunacaq dünya kuboku yarışlarına hazırlaşır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.