İDMAN


Azərbaycan karateçilərinin “Bakı-2017”də ilk qızıl medalını Fəridə Abiyeva qazanıb VİDEO

Bakı, 13 may, Nihad Budaqov, AZƏRTAC

Mayın 13-də Azərbaycan karateçiləri IV İslam Həmrəyliyi Oyunlarında ilk qızıl medalı qazanıblar.

AZƏRTAC xəbər verir ki, karatenin kumite yarışında 61 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycan idmançısı Fəridə Abiyeva finalda iranlı Rozita Əlipurkaşkalesadı 3:0 hesabı ilə məğlub edərək birinci yeri tutub.

Bununla da F.Abiyeva “Bakı-2017”də karateçilərimizin ilk qızıl medalının sahibi olub.

Bu çəki dərəcəsində bürünc medallar özbəkistanlı Barno Mirzayevaya və Türkiyə təmsilçisi Merve Çobana nəsib olub.

İdmançıların mükafatlandırılması mərasimində dövlətimizin başçısı İlham Əliyev qaliblərə medalları təqdim etdi.

IV İslam Həmrəyliyi Oyunlarının qızıl mükafatçısı Fəridə Abiyevanın şərəfinə Azərbaycan Respublikasının dövlət himni səsləndirildi, dövlət bayrağı qaldırıldı.

F.Abiyeva səkkizdəbir final mərhələsində Çad təmsilçisi Viktorine Koro üzərində 8:0 hesabı ilə inamlı qələbə qazanıb. O, yarışın dörddəbir finalında Kot-d`İvuar idmançısı Koussai Ahia Aurelie Estelleni 2:0 hesabı ilə məğlub edib. İdmançımız yarımfinalda özbəkistanlı rəqibi üzərində 3:2 hesablı qələbə qazanaraq finala adlayıb.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunu olan F.Abiyeva komanda yarışlarında Avropa çempionu olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.