İDMAN
Azərbaycan karateçisi Fəridə Əliyeva gümüş medalla kifayətlənib
Bakı, 14 may, Nihad Budaqov, AZƏRTAC
IV İslam Həmrəyliyi Oyunlarında karatenin kumite yarışlarında Azərbaycan idmançısı Fəridə Əliyeva (+68 kq) gümüş medala yiyələnib.
AZƏRTAC xəbər verir ki, idmançımız finalda türkiyəli Meltem Hocaoğluna 2:6 hesabı ilə məğlub olub. F.Əliyeva karateçilərimizin aktivinə ikinci gümüş medalı yazdırıb.
Bürünc medalları isə Əlcəzair təmsilçisi Atif İmene və iranlı Mohadaseh Aghaei qazanıblar.
Yarışa dörddəbir finaldan qoşulan F.Əliyeva rəqibi əlcəzairli Atif İmeneni məğlub edib. Karateçimiz yarımfinalda pakistanlı Nargis Nargisdən 1:0 hesabla üstün olub.
Xatırladaq ki, Fəridə Əliyeva gənclər arasında dünya çempionatının bürünc medalçısıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.04.2024 [19:15]
Azərbaycan gimnastı Bakıdakı Dünya Kubokunda finala yüksəlib
- 20.04.2024 [19:00]
Premyer Liqa: "Qəbələ" "Qarabağ" səfərindən xalla qayıdıb
- 20.04.2024 [18:27]
Belçikalı gimnast: Milli Gimnastika Arenasındakı təşkilatçılıq möhtəşəmdir
- 20.04.2024 [17:49]
İsveçli atlet şüvüllə tullanmada yeni dünya rekordu vurub
- 20.04.2024 [17:31]
Basketbol üzrə Azərbaycan Kubokunun qalibi "Neftçi" olub
- 20.04.2024 [16:57]