İDMAN


Azərbaycan karateçisi Premyer Liqa turnirinin qalibi olub

Bakı, 21 mart, AZƏRTAC

Qadınlardan ibarət milli komandanın favoriti İrina Zaretska (-68 kq) Hollandiyanın Rotterdam şəhərində keçirilən Karate 1 Premyer Liqa turnirinin qalibi olub.

Azərbaycan Karate Federasiyasından AZƏRTAC-a bildirilib ki, İrina Zaretska Dünya Karate Federasiyasının bu rəsmi mötəbər turnirinin qızıl medalınadək altı görüşdə son illərin üç dünya çempionuna qalib gəlib.

Milli komandamızı martın son günləri, aprelin əvvəlində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində mövsümün növbəti Karate 1 Premyer Liqa turniri gözləyir. Göygöl Olimpiya İdman Kompleksində təlim-məşqləri başa vuran karateçilərimiz üçün qarşıdakı nüfuzlu turnir Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına son hazırlıq yarışı olacaq.

İslam Oyunlarında iştirak edəcək tam heyət Dubay Premyer Liqasından sonra dəqiqləşəcək. İslam ölkələrinin milli komandaları itirak etdiyindən bu yarış karateçilərimiz üçün İslam Oyunları ərəfəsində mühüm sınaq sayılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.