İDMAN


Azərbaycan kayakçısı “Rio-2016”nın final mərhələsinə yüksəlib [YENİLƏNİB] VİDEO

A+ A

Kayakçımız İnna Osipenko-Radomskayanın yarımfinalda da uğurla çıxış edib. Məsafəni 39.803 saniyə qət edən idmançımız öz qrupunda yenidən birinci olaraq finala adlayıb.

17:26

Kayakçımız İnna Osipenko-Radomskayanın yarımfinaldakı rəqibləri müəyyənləşib. Finala vəsiqə uğrunda idmançımız argentinalı Sabrina Ameghino, Viktoriya Şvarz (Avstriya), Macarıstan təmsilçisi Nataşa Douçev-Yaniç, fransalı Sara Quyot, slovakiyalı Spela Ponomarenko Yaniç, çinlu Yu Jou və Danimarka idmançısı Henriette Hansenə qarşı yarışacaq.

17:04

Bakı, 15 avqust, AZƏRTAC 

“Rio-2016” Yay Olimpiya Oyunlarında kayakçımız İnna Osipenko-Radomskaya bir nəfərlik qayıqla (K-1) 200 metr məsafəyə seçmə yürüşə qatılıb.

AZƏRTAC xəbər verir ki, idmançımızın rəqibləri özbəkistanlı Olqa Umaraliyeva, slovakiyalı Martina Kohlova, kubalı Yusmari Menqana, almaniyalı Konni Vassmut, argentinalı Sabrina Amegino və Cənubi Afrika Respublikasının təmsilçisi Bricit Ellen Hartli olub.

Məsafəni 40.702 saniyəyə qət edən İnna Osipenko-Radomskaya qrupda birinci olaraq yarımfinala yüksəlib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.