İDMAN


Azərbaycan kikboksçusu beynəlxalq turnirdə ermənistanlı idmançı ilə qarşılaşacaq

A+ A

Bakı, 4 noyabr, AZƏRTAC 

Azərbaycanın peşəkar kikboksçusu, yığma komandanın üzvü Xəyal Əhmədov noyabrın 5-də növbəti dəfə rinqə çıxacaq.

Azərbaycan Kikboksinq Federasiyasından AZƏRTAC-a bildiriblər ki, idmançımız Almaniyanın Vuppertal şəhərində “A1WCC” versiyası üzrə təşkil olunan növbəti beynəlxalq turnirdə iştirak edəcək. Xəyal Əhmədovun rəqibi ermənistanlı Cioran Apuyepyan olacaq.

“A1 World Combat Cup” tərəfindən təşkil olunan yarış dünyada “Səkkizlik” adı ilə məşhurdur.

Xəyal Əhmədov bu il mayın 28-də Hollandiyanın Eyndhoven şəhərində “K-1” versiyası üzrə beynəlxalq turnirin qalibi olub. Polşalı idmançı ilə üz-üzə gələn həmyerlimiz çətin döyüşdə tam üstünlük nümayiş etdirərək parlaq qələbə qazanmışdı.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.