MƏDƏNİYYƏT
“Azərbaycan” kinoteatrı yenidən fəaliyyətə başlayıb
Bakı, 22 yanvar, AZƏRTAC
“CinemaPlus” premium kinoteatrlar şəbəkəsi kimi fəaliyyət göstərəcək “Azərbaycan” kinoteatrı tamamilə yenidən qurularaq kinosevərlərin ixtiyarına verilib.
AZƏRTAC xəbər verir ki, “Azərbaycan” kinoteatrı əfsanə qayıtdı!” - şüarı ilə start götürən kinoteatrın açılış mərasimində bir çox məşhurlar iştirak edib.
Tədbirdə “CinemaPlus” kinoteatrlar şəbəkəsinin baş direktoru Zaur Darabzadə çıxış edərək köhnə adda, amma yeni dizayn və tərtibatla qurulmuş kinoteatrla bağlı məlumat verib.
Dünya standartlarına cavab verən ikimərtəbəli kinoteatrın 3 zalı və 190 oturacaq yeri var. Burada fiziki məhdudiyyətli vətəndaşlarımız da nəzərə alınıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [11:03]
Teatr Xadimləri İttifaqında Beynəlxalq Teatr Günü keçirilib
- 28.03.2024 [11:00]