İDMAN


Azərbaycan klublarının Çempionlar Liqasının qrup mərhələsində rəqiblərini qəbul edəcəyi məkanlar müəyyənləşib

A+ A

Bakı, 22 noyabr, AZƏRTAC 

Bakının qadınlardan ibarət “Azərreyl” və “Telekom” voleybol klublarının Çempionlar Liqasının qrup mərhələsində rəqiblərini qəbul edəcəyi məkanlar müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, “Azərreyl” ev oyunlarını Azərbaycan Voleybol Mərkəzində keçirəcək. Təmsilçimizin doğma meydanda keçirəcəyi hər 3 görüşü saat 18:00-da başlayacaq.

“Telekom” isə yerli azarkeşlər önündə saat 17:00-da oynayacaq. Görüşlər “Sərhədçi” İdman Olimpiya Mərkəzində təşkil olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.