İDMAN


Azərbaycan klublarının UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsindəki rəqibləri müəyyənləşib

A+ A

Bakı, 8 iyul, AZƏRTAC

Xəbər verdiyimiz kimi, UEFA Avropa Liqasında mübarizə aparan 3 futbol klubumuz II təsnifat mərhələsinə vəsiqə qazanıb.

AZƏRTAC xəbər verir ki, artıq komandalarımızın rəqibləri müəyyənləşib.

Moldovanın “Daçya” komandasını turnirdən kənarlaşdıran Gəncənin “Kəpəz” klubu növbəti mərhələdə “Admira” (Avstriya) ilə qarşılaşacaq. Avstriya təmsilçisi ilk mərhələdə Slovakiyanın “Spartak Miyava” komandasından üstün olub. Komandalar arasında ilk matç iyulun 14-də Avstriyada, cavab oyunu isə iyulun 21-də “Dalğa Arena”da təşkil olunacaq.

Digər komandamız “Qəbələ” isə Macarıstanın MKT klubu ilə üz-üzə gələcək. “Qəbələ” ilk mərhələdə Gürcüstanın “Samtredia”, MKT isə Qazaxıstanın “Aktobe” komandasını yarışdan kənarlaşdırıb. “Qəbələ” ilk görüşünü iyulun 14-də Macarıstanda keçirəcək. Cavab görüşü isə bir həftə sonra 8-ci kilometr qəsəbə stadionunda oynanılacaq.

Bakının “Neftçi” klubu isə ikinci mərhələdə Makedoniyanın “Şkendiya” komandasına rəqib olub. Bakı təmsilçisi ilk mərhələdə Maltanın “Balzan”, “Şkendiya” isə Polşanın “Krakoviya” komandasından üstün olub. Komandalar arasında ilk oyun iyulun 14-də Bakıda, cavab qarşılaşması isə iyulun 21-də Makedoniyada keçiriləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.