İDMAN


Azərbaycan kuboku: “Turan Tovuz” və “Qaradağ Lökbatan” 1/8 finalda

A+ A

Bakı, 12 oktyabr, AZƏRTAC 

Futbol üzrə Azərbaycan kubokunun səkkizdəbir finalında “İnter” və “Zirə”nin rəqibləri müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, bu gün turnirin ilkin təsnifat mərhələsində iki görüş oynanılıb.

“Turan Tovuz” “Bakılı”nı qəbul edib. Qarşılaşma gözlənildiyi kimi meydan sahiblərinin üstünlüyü ilə başa çatıb. Əsgər Abdullayevin rəhbərlik etdiyi komanda qonaqların qapısından dörd cavabsız top keçirib. Bununla da Tovuz təmsilçisi səkkizdəbir finalda “Zirə”yə rəqib olub.

“Qaradağ Lökbatan” isə “Şəmkir” səfərindən qələbə ilə ayrılıb. Oyunun sonlarınadək hesab 1:1 olsa da, qonaqlar qələbə topunu vurmağa nail olublar. Oyun “Qaradağ Lökbatan”ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. On altı komandanın mübarizəsində “Qaradağ Lökbatan” “İnter”lə səfər görüşünə çıxacaq.

Səkkizdəbir finalın görüşləri dekabrın 2-3-də keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.