İDMAN


Azərbaycan kuboku uğrunda stolüstü tennis yarışları başa çatıb

A+ A

Bakı, 15 oktyabr, AZƏRTAC 

“Şüa” İdman-Sağlamlıq Kompleksində Gənclər və İdman Nazirliyinin və Azərbaycan Stolüstü Tennis Federasiyasının birgə təşkilatçılığı ilə oktyabrın 11-dən start verilən stolüstü tennis üzrə gənclər və yeniyetmə idmançılar (1999-2001-ci il, 2002-ci il və daha kiçik təvəllüdlü) arasında Azərbaycan kuboku uğrunda yarışlar oktyabrın 15-də başa çatıb. Şəxsi-komanda xarakteri daşıyan yarışda Bakı və Sumqayıt şəhərlərindən, eləcə də respublikanın digər bölgələrindən 130-a yaxın idmançı iştirak edib.

Azərbaycan Stolüstü Tennis Federasiyasından AZƏRTAC-a bildiriblər ki, yarışların bağlanış mərasimində çıxış edən federasiyanın vitse-prezidenti Fazil Məmmədov Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25 illiyi münasibətilə tədbir iştirakçılarını təbrik edib. O, ölkəmizdə idmana böyük diqqət və qayğı göstərildiyini, müasir standartlara cavab verən idman və sağlamlıq infrastrukturunun yaradıldığını vurğulayıb. “Bütün bunların nəticəsidir ki, bu gün Azərbaycan bir sıra mötəbər tədbirlərlə yanaşı, beynəlxalq idman yarışlarına da ev sahibliyi edir”, - deyən F.Məmmədov son illərdə stolüstü tennisin inkişafı istiqamətində görülən işlərdən danışıb, qalibləri təbrik edib. Qalib idmançılara diplom, kubok və mükafatlar təqdim olunub.

Tədbirdə Azərbaycan Stolüstü Tennis Federasiyasına yeni təyin olunmuş vitse-prezident Səbuhi Mehdizadə idman ictimaiyyətinə təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.