İDMAN


Azərbaycan kuboku yarışlarında 100-dən çox pauerliftinqçi mübarizə aparacaq

A+ A

Bakı, 22 sentyabr, AZƏRTAC 

Sentyabrın 24-25-də AAAF Park Yaşayış Kompleksinin yarış zalında pauerliftinq üzrə Azərbaycan kuboku yarışları keçiriləcək.

AZƏRTAC xəbər verir ki, “Zirvə” Beynəlxalq İdman Klubu pauerliftinqə təşkilati dəstəyini verməkdə davam edir.

Azərbaycanın ən güclülərinin toplaşacağı yarışda 100-dən çox atlet müxtəlif çəki dərəcələrində medallar uğrunda mübarizə aparacaq.

Yarışın əsas məqsədi ölkənin ən güclü pauerliftinqçilərinin adına aydınlıq gətirmək, həmçinin noyabrda ABŞ-ın Yeni Orlean şəhərində keçiriləcək dünya kubokuna hazırlıqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.