Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Azərbaycan malakanları: Rus Borisi bu gün VİDEO

Goranboy, 4 aprel, AZƏRTAC

Azərbaycanın etnik rəngarəngliyi özünü həm də bölgələrimizdəki yer adlarında göstərir. Goranboy rayonunun Rus Borisi kəndi də belə məkanlardan biridir. Bir mənbəyə görə, bu kəndin əsası 1842–ci ildə, digərinə görə isə 1893-cü ildə Rusiyadan köçürülən malakanlar tərəfindən qoyulub. Kəndin girəcəyindəki hündür təpə üzərindəki qəbiristanlıq, baş daşlarındakı anlaşılmaz yazılar və işarələr bu yerlərin hələ çox qədim dövrlərdən insan məskəni olduğunu göstərir.

Lakin bu bir həqiqətdir ki, Rus Borisi kəndinin XIX əsrin ortalarından başlayan inkişafı malakanların adı ilə bağlıdır. Kənd Goranboy rayonunun mərkəzindən təxminən 45 kilometr məsafədə, Murovdağ silsiləsinin ətəyində yerləşir. Kəndin tarixini öyrənmək, bu yerlərin təbiətini görmək, rus icmasının məişəti, adət-ənənələri ilə yaxından tanış olmaq, onların söhbətlərini, xatirələrini dinləmək isə olduqca maraqlıdır.

Sərt qış və təbiətin təkrarolunmaz gözəlliyi

Beləcə kəndə doğru yola çıxdıq. Gəncə şəhərindən 80 kilometr məsafəni qət edib, Aşağı Ağcakəndin mərkəzinə çatdıq. Qarşıda isə bizi hələ 10 kilometr məsafə, bir də bu yolu qət etmək üçün xeyli çətinlik gözləyirdi. Çünki kəndin yüksəklikdə yerləşməsi, qışın bu yerlərdə daha sərt keçməsi, yamaclarda və dərələrdə tez-tez baş verən uçqunlar, bir də Dağlıq Qarabağ münaqişəsi zamanı müharibənin yollara vurduğu ziyan avtomobilin hərəkətinə mane olurdu. Lakin qarşımızda açılan bir-birindən gözəl, təkrarsız təbiət mənzərələri sanki yolun bütün ağırlığını və təhlükəsini unutdururdu.

Rus Borisi hər tərəfdən yüksəklik və meşəliklərlə əhatələnib. Kəndin bir yanı cır armud meşəliyi, digər yanı isə alma bağlarıdır. Meşələrdə həm də çoxlu faydalı müalicəvi ot və digər bitkilər yetişir. Kəndin yaxınlığındakı kiçik göllər bu yerlərin mənzərəsinə əlavə gözəllik qatır.

Kəndin 600 sakinindən 74-ü rus icmasının üzvüdür

Kəndin mərkəzində bizi Rus Borisi kəndinin icra nümayəndəsi Təranə Qasımova, mədəniyyət evinin direktoru Zahid Novruzov və rus icmasının üzvləri qarşıladılar.

İcra nümayəndəsi söhbət zamanı bildirdi ki, vaxtilə 2 min sakinin olduğu kənddə hazırda 600 nəfər yaşayır. Dağlıq Qarabağ münaqişəsinin ağrı-acılarından danışan Təranə Qasımova qeyd etdi ki, kənddə 462 məcburi köçkün məskunlaşıb. Yerli sakinlərdən 24 ailə, yaxud 74 sakin rus icmasının üzvüdür.

Əhalinin əsas məşğuliyyəti əkinçilik və maldarlıqdır. Kənd işıq və qazla təmin olunub. İçməli su isə bulaqlardan götürülür. Belə ki, bunun üçün kəndə xüsusi su xətti çəkilib. Əsas problem isə müharibə vaxtı yolların dağılmasıdır. Bu səbəbdən sakinlər qış aylarında rayon mərkəzinə getməkdə çətinlik çəkirlər.

“Fəryad” filminin bir çox kadrları bu kənddə çəkilib

Kəndlə tanışlığımız mədəniyyət evindən başladı. Altı nəfər işçisi olan mədəniyyət evinin əməkdaşlarından 4-ü rus icmasının üzvüdür. Mədəniyyət evinin fəaliyyəti haqqında məlumatı da bizə mədəni tədbirlər üzrə təşkilatçı Marina Kasmulina verdi. Onu da öyrəndik ki, Dağlıq Qarabağ münaqişəsindən bəhs edən “Fəryad” filminin bir çox kadrları bu kənddə çəkilib. Xatırladaq ki, filmin rejissoru və baş rolun ifaçısı Ceyhun Mirzəyevdir.

Son 25 ildə ilk dəfədir bu yerlərə müxbir ayağı dəyir

Mədəniyyət evindən çıxıb yenidən kəndin mərkəzinə qayıtdıq və burada rus icmasının üzvləri ilə görüşdük. Kəndlilərin dediyinə görə, son 25 ildə ilk dəfədir bu yerlərə müxbir ayağı dəyir. Odur ki, hər kəs bizimlə söhbətə can atır, evinə qonaq dəvət edir, az qala kənddəki hər daşın, ağacın belə tarixini danışmağa çalışırdı.

Rus Borisinin və malakanların Azərbaycana gəlişinin tarixçəsi haqqında sualımızı Kalinin adına kənd kolxozunun sədri Mariya İvannikova cavablandırdı. Bizi rus adəti ilə, mehriban və gülərüz salamlayan Mariya xanım dedi: “Gördüyünüz kimi, əsası ulu babalarımız tərəfindən qoyulan kəndimiz uca dağların qoynunda yerləşir. Qışın sərt keçməsinə baxmayaraq, yayda bu yerlərin əvəzi yoxdur. Bu cür təbiət gözəlliyinə görə yayda qonaqlarımız da çox olur”.

Dini inanclarda və adətlərdəki oxşarlıq malakanları yerli əhali ilə sıx qovuşdurub

Malakanlar haqqında məlumat verən Mariya İvannikova bildirdi ki, onlar ibadəti kilsədə deyil, daha çox öz evlərində ediblər. Donuz əti yeməyib, şərab içməyib və o dövrdə din üçün bir sıra vacib hesab olunan əməlləri yerinə yetirməkdən boyun qaçırıblar. Elə buna görə də bidətçilikdə ittiham olunaraq imperiyanın ucqarlarına sürgün ediliblər.

“Əcdadlarımızın bu yerlərdə məskunlaşmasının səbəbi dini inanclar və adətlərdəki bir sıra oxşarlıqlar olub. Artıq iki əsrdir ki, malakanlar Azərbaycanda yaşayır və onlar buranı özlərinin vətəni hesab edirlər”, - deyə kolxoz sədri qeyd etdi.

Rus Borisində kolxoz quruluşunu niyə sıx saxlayıblar?

Rus Borisində kolxoz quruluşunun saxlanılmasının səbəbini izah edən Mariya İvannikova bildirdi ki, kəndin rus icmasının üzvləri ictimai təsərrüfatda çalışmağı üstün tutublar. Kəndin ümumilikdə 500 hektar torpaq sahəsi var və onun 200 hektarı kolxoza məxsusdur. Buna baxmayaraq, kəndin bütün sakinləri bu torpaqlardan bir ailənin üzvü kimi istifadə edirlər. Kolxozun 9 nəfər daimi işçisi var. Əkin-biçin mövsümündə isə icma üzvlərindən daha 40 nəfəri işə cəlb olunur. Kolxozda əsasən taxıl, kartof və kələm əkilir, həmçinin mal-qara saxlanılır.

Xatirələr dilə gəlir...

Kəndin keçmiş şöhrətini xatırlayan Mariya İvannikova düşüncəyə dalaraq dedi: “Dağlıq Qarabağ müharibəsi kəndimizə çox böyük zərbə vurdu. Müharibədən əvvəl kəndimizdə böyük qələbəlik yaşanırdı. Yay günlərində gecədən səhərədək kənd klubundan şən musiqi sədaları, çal-çağır əskik olmazdı. Dünya şöhrətli müğənnilər Rəşid Behbudov, Müslüm Maqomayev, Zeynəb Xanlarova, Şövkət Ələkbərova və başqaları kəndimizə konsert verməyə gələrdilər. Bu, əsil toy-bayrama çevrilərdi. Keçmiş günlər doğrudan da unudulmazdır”.

Kolxoz sədrindən hədiyyə: rəngli iplərdən toxunmuş üç qızıl gül

Nəhayət, Rus Borisinin sakinləri ilə vidalaşıb ayrılmaq vaxtı çatdı. Az qala sakinlərin yarısı bizi yola salmaq üçün kəndin mərkəzinə yığışmışdı: Mixail, Vanya, İvan, Rafael, Anjelika... Deyirdilər ki, “bu yerlərə yayda gəlin, qonağımız olun”. Qəfildən qarşımızda avtomobil dayandı və qapısı açıldı. Gözümüzə inanmadıq. Sükan arxasında kolxozun sədri Mariya İvannikova idi: “Əyləşin uşaqlar, hava qaralır. Yol təhlükəlidir, siz isə nabələdsiniz. Axı, bura döyüş bölgəsidir”. Kənd sakinləri ilə söhbətimiz elə maraqlı alınmışdı ki, axşam düşdüyünə fikir verməmişdik. Sakitcə avtomobilə əyləşdik. Bir az getmişdik ki, Mariya İvannikova rəngli iplərdən öz əlləri ilə toxuduğu üç qızıl gülü bizə uzadaraq dedi: “Siz mənim qonağım olanda bu güllərə necə böyük sevgi və diqqətlə baxdığınızı gördüm. Böyük zəhmət tələb edən əl işlərimi satmıram, amma onları qonaqlarıma bağışlayıram. Bu gülləri götürün və həyatınızdakı ən əziz qadına hədiyyə edin”.

Mariya İvannikova: Ən böyük arzumuz Prezidentimizi və xanımını kəndimizdə görməkdir

Yolboyu ulu öndər Heydər Əliyevin ölkədəki etnik azlıqlara, xüsusən də malakanlara olan sevgisindən danışan Mariya İvannikova sonda bir arzusunu da dilə gətirdi: “Prezidentimiz İlham Əliyev digər malakan kəndlərində olub. Kənd icmasının ən böyük arzusu dövlətimizin başçısını xanımı ilə birlikdə kəndimizdə görməkdir. Ən gözəl və qiymətli hesab etdiyim əl işimi də o gün üçün saxlamışam”.

Artıq rayon mərkəzinə çatmışdıq. Yenidən bu kəndə qayıtmağımız arzusu ilə kolxoz sədrindən ayrıldıq. Goranboyun ucqar dağ kəndi olan Rus Borisinin sakinləri ilə söhbətlərimiz, onların bizə göstərdiyi qonaqpərvərlik isə hələ yaddaşımızda uzun müddət qalacaq.

Rauf Hacıyev

AZƏRTAC-ın müxbiri

Azərbaycan malakanları: Rus Borisi bu gün VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Matteo Vittuari: Biz qida sistemi üzərində mərkəzlənən perspektiv və yanaşma qəbul etməyi məqsəd tuturuq

Mahir Emreli Zaqrebdə Azərbaycan cüdoçularına dəstək olub

Ağdamda əmək yarmarkasında 200-dən çox vakansiya təklif olunur

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsinə sayılı günlər qalıb

Bakı Ali Neft Məktəbində MBA ixtisasları üzrə qəbul sayı artırılıb

“İMZA” və ATİB yeni layihələrə imza atacaq

Fövqəladə Hallar Nazirliyi Lənkəran Beynəlxalq Hava Limanında təlim keçirib

BMU-da X-XI sinif şagirdləri üçün müsabiqəyə start verilir

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olunub

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edir YENİLƏNƏCƏK

Qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu davam edir

Xidmət müddəti başa çatmış əsgərlərin yolasalma mərasimləri başa çatıb

“Neftçi” klubunun apellyasiya şikayəti təmin edilməyib

Sankt-Peterburq Filarmoniyasında “Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi təşkil olunub

XRİTDX-nin nümayəndəsi Vyanada keçirilən konfransda iştirak edib

Moskva görüşü Azərbaycanın Rusiya ilə eyni hüquqlu dövlət olduğunu bir daha sübut etdi ŞƏRH

Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir

“26 aprel -Beynəlxalq Əqli Mülkiyyət Günü” adlı sərgi açılıb

Agentlik rəhbəri: Əmtəə nişanlarının qeydiyyatı ilə bağlı 3862 iddia daxil olub

NİİM: Piyadalar yolu keçərkən diqqətli olmalıdır

Aqrar sığorta ekspertlərinin hazırlığı üzrə təlimlər keçirilib

Kamran İmanov: Əqli Mülkiyyət Agentliyində “açıq reyestr” prinsipi tətbiq edilir

“Gəncə”nin baş məşqçisi: Futbolu da basketbol qədər izləyirəm

Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərində Heydər Əliyev amili ŞƏRH

Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu – GDU-da tədbir

Professor Kamran İmanov: Patentləşdirilmə ilə bağlı ötən il Agentliyə 302 iddia sənədi daxil olub

Milli Kitabxanada görkəmli yazıçı Mir Cəlal Paşayev haqqında silsilə materiallar hazırlanıb

Agentlik sədri: 2023-cü ildə 37 kompüter proqramı qeydiyyata alınıb

Kamran İmanov: Ötən il müəllif hüququ obyektlərinin qeydiyyatına aid vəsatətlər 713 əsər olduğu halda, 717 şəhadətnamə verilib

Azərbaycanın daha 3 cüdoçusu Avropa çempionatında mübarizəyə qoşulur

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNƏCƏK

FHN: Ötən sutka 42 halda yanğına çıxış olub, 7 nəfər xilas edilib

Xocavənddə partlayıcı vasitələr aşkarlanıb

Çin də yeni texnologiya əsasında beyin çipini təqdim edib

Samir Abasov “Barselona”nın prezidenti ilə görüşüb

Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi gücləndirilib

Böyük yazıçı, alim və pedaqoq

“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

“Azeri Light” markalı neft ucuzlaşıb

® Dünyada “DXOmark”dan 5 qızıl medal əldə edən ilk smartfon “HONOR Magic6 Pro”

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin may ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Çinin “Şencou-18” missiyasının astronavtları kosmik stansiyaya çatıb

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub

Çin ABŞ-dan “qırmızı xətt”i keçməməyi tələb edir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb VİDEO

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub