MƏDƏNİYYƏT


Azərbaycan mədəniyyəti, sözü və folkloru barədə yazılan hər bir kitab tarixdir

Tbilisi, 13 iyul, AZƏRTAC

Azərbaycan mədəniyyəti, incəsənəti, folkloru, ədəbiyyatı barədə yazılmış hər bir kitab bizim üçün çox önəmlidir. Bu cür yazılı ədəbiyyat nümunələri həm xalqın maariflənməsində, həm də mədəniyyətimizin, incəsənətimizin təbliğində mühüm rol oynayır.

AZƏRTAC xəbər verir ki, bu fikirlər iyulun 13-də Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində şairə, jurnalist Güllü Eldar Tomarlının (Alıyeva) “Bir az sazdan, bir az sözdən” kitabının təqdimat mərasimində səslənib.

Azərbaycanın Əməkdar Mədəniyyət İşçisi, muzeyin direktoru Leyla Əliyeva tədbirdə çıxış edərək Azərbaycan ədəbiyyatı, mədəniyyəti, incəsənəti və folklorunun Gürcüstanda təbliğ olunmasının vacibliyindən danışıb, bu cür tədbirlərin ölkələrimiz arasında mədəni əlaqələrin inkişafında mühüm rol oynadığını bildirib.

Sonra Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşı Vüqar Mustafayev, yazısı-publisist Emin Elsevər, jurnalist Zahid Orucov, şairə Fəridə Ləman və başqaları Güllü Eldar Tomarlının yaradıcılığından söz açıb, onun poeziyasında Vətənə, xalqa sevginin hər zaman özünü göstərdiyini vurğulayıblar. Bildirilib ki, bu kitabdakı şeirlər və hekayələr Azərbaycan söz, aşıq sənətinin tarixini, incəliklərini özündə əks etdirir.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.