SİYASƏT


Azərbaycan mədəniyyətlər arasında dialoqun təşviqində BMT-nin səylərinə dəstəyini davam etdirəcək

A+ A

Bakı, 23 avqust, AZƏRTAC

Azərbaycanın Efiopiyadakı səfiri Elman Abdullayev etimadnaməsini BMT-nin Nayrobi şəhərindəki bölməsinin Baş direktoru xanım Sahle-Vork Zevdeyə təqdim edib.

Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, görüşdə səfir E.Abdullayev ölkəmizin BMT ilə bir çox sahələrdə əməkdaşlığın daha da gücləndirilməsində maraqlı olduğunu bildirib. O, həmçinin bir sıra vacib sahələrdə, xüsusilə qadın hüquqları, multikulturalizm, dözümlülük, mədəniyyətlər və dinlər arasında dialoqun təşviqində BMT-nin səylərinə Azərbaycanın fəal dəstəyinin davam etdiriləcəyini deyib.

Ermənistanın Azərbaycana təcavüzündən bəhs edən səfir BMT-nin ölkəmizin ərazi bütövlüyünü və suverenliyini hər zaman birmənalı şəkildə tanıdığını vurğulayıb. O, Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə istinad edərək BMT-nin bundan sonra da Azərbaycanın ədalətli mövqeyini dəstəkləyəcəyinə əminliyini diqqətə çatdırıb.

Söhbət zamanı Azərbaycan səfirliyinin BMT-nin Nayrobi şəhərindəki bölməsində ilk dəfə akkreditasiya olunmasından sonra mənzil-qərargahları bu şəhərdə yerləşən BMT-nin Ətraf Mühit (UNEP) və Məskunlaşma (UN-HABITAT) proqramları ilə ölkəmizin əməkdaşlığının daha da inkişaf etdirilməsi üçün ardıcıl səylər həyata keçiriləcəyi vurğulanıb.

Baş direktor Sahle-Vork Zevde ölkəmizlə BMT-nin Nayrobi şəhərindəki bölməsi arasında əlaqələrin inkişafı üçün əməkdaşlıq etməyə hazır olduğunu deyib, Azərbaycanın dünyada sülhün dəstəklənməsində, multikulturalizmin təşviqində və qadın hüquqlarının müdafiəsində oynadığı rolunu və zəngin təcrübəsini yüksək qiymətləndirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.