ELM VƏ TƏHSİL


Azərbaycan məktəbliləri Ermənistandan olan həmyaşıdları üzərində qələbə qazanıblar

Bakı, 7 iyun, AZƏRTAC 

Paytaxt məktəbliləri Gürcüstanın paytaxtı Tbilisidə keçirilən beynəlxalq turnirdə uğurlu nəticələr əldə ediblər.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, kikboksinq idman növü üzrə təşkil olunan Beynəlxalq Açıq Dünya Çempionatında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblərdə təhsil alan şagirdlərdən 10-u birinci, 6-sı ikinci, 3-ü üçüncü yerə layiq görülüb.

Yarışda birinci yerə sahib çıxan azərbaycanlı məktəblilərdən 3-ü Ermənistandan, 7-si Gürcüstandan olan həmyaşıdları üzərində qələbə qazanıb.

Turnirdə, həmçinin “Ankara məktəbi” məktəb-liseyinin bir şagirdi ikinci, A.S.Makarenko adına humanitar fənlər təmayüllü respublika gimnaziyasının bir yetirməsi isə üçüncü yerə layiq görülüb.

Qaliblər müvafiq kəmər və diplomla təltif olunublar.

Turnirdə Azərbaycandan 36 məktəbli iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.