ELM VƏ TƏHSİL


Azərbaycan məktəbliləri informatika üzrə beynəlxalq olimpiadada uğur qazanıblar

Bakı, 21 iyun, AZƏRTAC 

İyunun 17-dən 21-dək Türkiyənin İzmir şəhərində informatika üzrə keçirilən beynəlxalq olimpiadada Azərbaycan məktəbliləri də iştirak ediblər.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycanı təmsil edən fizika-riyaziyyat və informatika təmayüllü liseyin VIII sinif şagirdi Abutalıb Namazov və akademik Zərifə Əliyeva adına liseyin XI sinif şagirdi Ələkbər Əskərov gümüş medala layiq görülüblər. Akademik Zərifə Əliyeva adına liseyin X sinif şagirdi Ziya Muxtarov və Bakı şəhəri 27 nömrəli tam orta məktəbin X sinif şagirdi Rafael Saddatimov isə bürünc medal qazanıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.