Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Azərbaycan məktəblisi Dünya Əqli Mülkiyyət Təşkilatının mükafatına layiq görülübVİDEO

Bakı, 29 fevral, K.Əliyeva, G.Məlikova, AZƏRTAC

Dünya Əqli Mülkiyyət Təşkilatı (DƏMT) yaradıcılıq fəaliyyətini stimullaşdırmaq məqsədilə hər il müxtəlif formatlı tədbirlər keçirir. Bu tədbirlər sırasına 2015-ci ildən ilk dəfə məktəb şagirdləri kateqoriyası üzrə yaradıcılıq nailiyyətlərinə görə DƏMT mükafatının verilməsi də daxildir. Yeni qaydalara əsasən, müsabiqədə DƏMT-in üzvü olan ölkələrdə yaradıcılıq nailiyyətləri ilə fərqlənən məktəblilər iştirak edə bilərlər.

Ölkəmizin nümayəndəsinin həmin yaradıcılıq müsabiqəsində iştirakının təmin edilməsi ilə əlaqədar Müəllif Hüquqları Agentliyi (MHA) və Təhsil Nazirliyi tərəfindən namizədin müəyyənləşdirilməsi üçün seçim turu keçirilib və nəticələrə əsasən Bakı Avropa Liseyinin yeddinci sinif şagirdi Hüseyn Hacıyev qalib olub. DƏMT-in ekspertləri Azərbaycan məktəblisinə bu qurumun mükafatının verilməsi barədə qərar qəbul ediblər. Mükafat qızıl medal, xatirə hədiyyəsi və DƏMT-in Baş direktoru Frensis Qarri tərəfindən imzalanmış sertifikatdan ibarətdir.

AZƏRTAC xəbər verir ki, mükafat fevralın 29-da Təhsil Nazirliyi və Müəllif Hüquqları Agentliyinin birgə keçirdiyi tədbirdə məktəbli Hüseyn Hacıyevə təqdim olunub.

Tədbirdə çıxış edən MHA-nın sədri Kamran İmanov bildirib ki, Dünya Əqli Mülkiyyət Təşkilatının mükafatı milli təhsil və əqli mülkiyyət sistemlərimizin nailiyyəti, Azərbaycanın böyük uğurudur. Məktəbli H.Hacıyev DƏMT-in qızıl medalına informasiya texnologiyaları sahəsindəki nailiyyətlərinə görə layiq görülüb.

Kamran İmanov qeyd edib ki, müasir dövr rəqəmsal dövrdür və onun yaratdığı kontent bu gün, eyni zamanda, həm əsas məhsul, həm də rəqəmsal iqtisadiyyatın mənbəyi hesab olunur. İnformasiya dövrü ilə bağlı hətta həm bazarda, həm də iqtisadiyyatda yeni termin - “asimmetriya” termini yaranıb, yeni nəzəriyyə meydana çıxıb. Məlumdur ki, əqli mülkiyyət yaradıcılıq və innovasiyalara investisiyaların yönəldilməsi üçün əlverişli mühitin yaradılmasında və yaradıcılıq, innovasiya məhsullarının yayılmasında başlıca vasitədir. Yaradıcılıq və yenilikçilik insanların müstəsna təbii resurslarıdır və mədəni irs xəzinəsini zənginləşdirən yeganə mənbədir. Yaradıcı fərdlərin zəkasının məhsulu, intellektual nailiyyətləri onların əsər, ixtira, müəlliflik və patent hüququ obyekti kimi ümummilli xəzinəyə daxil olur, xalqın intellektini zənginləşdirir. Millətin əqli nailiyyətləri isə ənənəvi mədəni nümunələrdə və ənənəvi biliklərdə cəmləşir, qeyri-maddi mədəni irsdə özünü ifadə edir.

Məlumat verilib ki, dünya miqyasında əqli mülkiyyət məsələləri ilə məşğul olan DƏMT BMT-nin ən iri ixtisaslaşmış təşkilatlarının biridir, 200-dək üzv-dövləti birləşdirən hökumətlərarası mühüm orqandır. Bu qurumun sərəncamında 25-dən çox əqli mülkiyyət üzrə beynəlxalq konvensiya və müqavilə cəmləşir. Dünya miqyasında əqli mülkiyyət üzrə əlaqələndirmə və mübadilə DƏMT-in dəstəyi və nəzarəti altında həyata keçirilir. DƏMT əqli mülkiyyətin ümumdünya dəyərini, onun bütün xalqlara məxsusluğunu bəyan edir.

Prezident İlham Əliyev yanvarın 29-da ölkə gənclərinin bir qrupu ilə görüşündə deyib: “Hesab edirəm ki, bu gün ölkəmiz üçün yeni dövr başlayır. Əminəm ki, bu dövr də uğurlu olacaqdır. Bu postneft dövrüdür… İndiki dövr isə inkişaf etmiş ölkələrdəki kimi, daha çox innovasiya, intellektual inkişaf dövrü olacaq…Bundan sonrakı dövrdə həm siyasi müstəvidə, həm də iqtisadi və hərbi sahələrdə texnologiyalar, bilik, savad hər şeyi həll edəcək”.

Beləliklə, gələcəyə baxış kreativ və innovasiyalı cəmiyyətin formalaşması ilə bağlıdır. Bu isə o deməkdir ki, “biliklərə əsaslanan iqtisadiyyat”, “rəqəmli iqtisadiyyat” və “kreativ”, “innovativ iqtisadiyyat” cəmiyyətin davamlı və qüdrətli inkişafında aparıcı rol oynayacaq.

Dövlətimizin başçısının dediyi kimi, “Müasir dünya sivilizasiyasının tərəqqisində insan kapitalı və intellekt yeni keyfiyyət amili kimi həlledici əhəmiyyət daşıyır”.

K.İmanov vurğulayıb ki, Azərbaycan yaradıcılıq və yenilikçiliyin zəngin nümunələri ilə səciyyələnir. Hazırda ölkənin əqli mülkiyyət sistemi dövlətimizin başçısının uzaqgörən siyasəti və səyləri nəticəsində uğurla inkişaf edir. Dünya İqtisadi Forumunun rəqabətqabiliyyətliliklə bağlı hesabatlarında göstərildiyi kimi, Azərbaycan bu sahədə 40-cı yerdədir, əqli mülkiyyətin qorunması altindeksinə görə ölkəmizin institutları 2013, 2014 və 2015-ci illərin hesabatlarında MDB-də lider mövqeyində, Cənubi Qafqazda isə birinci yerdədir.

Dövlətin əqli mülkiyyət hüquqları ilə bağlı siyasətini həyata keçirən Müəllif Hüquqları Agentliyi tam kompyuterləşmiş, tərkibində müasir texnologiyaları və avadanlığı, SMART-təlim distant sistemi, müasir Hüquqların Təminatı Mərkəzi və rəqəmli hüquqların idarə olunması xidməti, yeni tələblərə uyğun mətbəə ilə təchiz edilmiş və “Elektron hökumət” portalına qoşulmuş, beş növ elektron xidmət həyata keçirən, “960” qaynar xətti, ictimai hüquq məsləhətxanası və Apelyasiya Şurası olan mərkəzi icra hakimiyyəti statusuna bərabər dövlət orqanıdır.

Ulu öndər Heydər Əliyev tərəfindən bünövrəsi qoyulan və Prezident İlham Əliyevin davam etdirdiyi siyasətin nəticəsi kimi, Azərbaycanın müəllif-hüquq sistemi beynəlxalq ekspertlərin rəyinə əsasən, MDB məkanında ən inkişaf etmiş nümunəvi sistemlər sırasına daxil edilib. Bu sistemin ölkə Prezidenti tərəfindən imzalanmış “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında özünəməxsus yeri var. Burada əqli mülkiyyət prioritet istiqamət kimi qəbul edilib və həmin sənədin altı bəndində əqli mülkiyyət sisteminin qarşısında qoyulan mühüm vəzifələr əksini tapıb. Bununla belə, əqli mülkiyyət mədəni hüquqların ayrılmaz hissəsidir, bu hüquqları dəstəkləyən isə Azərbaycanın multikultural siyasətidir. Multikulturalizm qədim diyarımızda tarixən yaşayan bütün sakinlər tərəfindən dəstəklənən ənənə və həyat tərzidir.

Ötən ilin noyabrında Bakıda ISESCO-nun Baş Konfransının XII sessiyasının açılışında Prezident İlham Əliyevin dediyi kimi, “Biz tam əminik ki, multikulturalizmin gözəl gələcəyi var... multikulturalizmin alternativi yoxdur. Alternativ ayrı-seçkilikdir, diskriminasiyadır, islamofobiyadır, ksenofobiyadır. Bu gələcəyə aparan yol sayıla bilməz...”.

Tədbirdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov vurğulayıb ki, azərbaycanlı məktəblinin beynəlxalq təşkilatın yüksək mükafatına layiq görülməsi ölkəmizin həyatında çox mühüm hadisədir. DƏMT-in məktəbliləri xüsusi nominasiya üzrə mükafatlandırması elmin, təhsilin inkişafında, gənclərin istedadının üzə çıxarılmasında böyük əhəmiyyət daşıyır. On üç yaşlı məktəblinin qazandığı bu uğuru Azərbaycan təhsilində aparılan islahatların nəticəsi kimi dəyərləndirmək olar.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev ölkədə həyata keçirilən təhsil siyasətindən, gənclərin inkişafına dövlət qayğısından danışıb, məktəblini qazandığı böyük uğur münasibətilə təbrik edib.

Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib: Hüseyn Hacıyev böyük nailiyyət əldə edib, ölkəmizin, xalqımızın adını ucaldıb. Bu, əslində, Azərbaycan xalqının təhsilə, elmə marağının göstəricisidir. Dövlətimiz təhsilin inkişafına daim böyük qayğı göstərir. Ölkədə hər il yeni məktəblər tikilir, təmir və bərpa olunur. Bu sahədə Heydər Əliyev Fondunun fəaliyyəti xüsusi vurğulanmalıdır. On üç yaşlı məktəbli qazandığı uğur sayəsində indidən özünü istənilən ali məktəbin tələbəsi hesab edə bilər. Çünki bu nailiyyəti ilə o, artıq qəbul imtahanı vermədən ali məktəbə daxil olmaq hüququ qazanıb.

Rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə məktəblinin layiq görüldüyü mükafatı ölkədə aparılan gənclər siyasətinə sanballı töhfə, gənclərin inkişafına dövlət dəstəyinin bəhrəsi kimi dəyərləndirib. Nazir müavini Bakı Avropa Liseyinin kollektivini və şagirdin valideynlərini təbrik edib, Hüseyn Hacıyevə daha böyük uğurlar arzulayıb.

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli vurğulayıb ki, 13 yaşlı məktəblinin mötəbər beynəlxalq təşkilatın mükafatına layiq görülməsi respublika miqyaslı hadisədir, Prezident İlham Əliyevin illər uzunu apardığı islahatların nəticəsidir. Bu nailiyyət Azərbaycanda yeni intellektual nəslin yetişməsi ilə bağlı nikbin düşünməyə əsas verir.

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov son illər ölkədə elm və təhsilin inkişafından, şagirdlərin beynəlxalq olimpiadalarda uğurlu çıxışlarından danışıb. Hüseyn Hacıyevin qazandığı bu nailiyyətin ölkəmizdə təhsilin və gənclərin inkişafı sahəsində həyata keçirilən uğurlu dövlət siyasətinin nəticəsi olduğunu bildirən akademik məktəblini təbrik edib, ona gələcəkdə Azərbaycan elminə Nobel mükafatı qazandırmağı arzulayıb.

Bakı Avropa Liseyinin direktoru Aygün Mikayılova məktəbin yetirməsinin uğrundan duyduğu sevinci dilə gətirib, Hüseynin yaxşı oxumaqla yanaşı, məktəbin ictimai həyatında da fəallıq göstərdiyini diqqətə çatdırıb.

Şagirdin anası İlhamə Hacıyeva övladının keyfiyyətli təhsil almasına yaradılan şəraitə görə minnətdarlığını ifadə edib.

DƏMT-in mükafatının sevincini bölüşən Hüseyn Hacıyev bundan sonra da uğur qazanmaq, ona bəslənilən etimadı doğrultmaq üçün əlindən gələni edəcəyini söyləyib, müəllimlərinə, valideynlərinə, tədbirin təşkilatçılarına təşəkkürünü bildirib.

Azərbaycan məktəblisi Dünya Əqli Mülkiyyət Təşkilatının mükafatına layiq görülübVİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb

Sudanda 390-dan çox insan vəba və “denge” qızdırmasından ölüb

Narkotik vasitənin təsir altında avtomobil idarə edən sürücü ifşa edilib

Şərqşünas alim Ege Universitetində XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımlar haqqında məruzə deyib

AQTA sədri istehlakçılara çağırış edib

Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti Maldiv Respublikasında parlament seçkilərini müşahidə edəcək

Ukraynaya daha bir hava hücumu: 8 nəfər ölüb, 25 nəfər yaralanıb

Deputat: Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması yeni mərhələ deməkdir

Şirvan elektrik şəbəkəsi yenidən qurulur

Qərbi Azərbaycanın iqtisadi inkişaf potensialı: retrospektiv təhlil və gələcəyə baxış - AzMİU-da konfrans

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Kənan Bağırov

Dövlət Xidməti Şamaxıda maarifləndirici tədbir keçirib

Parlamentdə Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti ilə bağı hesabatı müzakirə olunur

AFR-in vitse-kansleri saat yarım Kiyevdə bomba sığınacağında qalıb

Səməd Seyidov: Türk dövlətləri arasında münasibətlər intensivləşməkdədir

Yevlaxda genişzolaqlı internetə çıxış 71 faiz təşkil edir

ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib

İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında

Premyer Liqada XXXI turun hakimləri bəlli olub

Türkiyə ordusu üçün daha 40 ədəd Hürkuş-B təlim təyyarəsi sifariş edilib

"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib VİDEO

Famil Ağayev: Məşqçilik karyeramın ən böyük həyəcanını keçirdim

Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması – elmi seminar

TDT-yə üzv ölkələrin parlamentlərinin beynəlxalq münasibətlər üzrə komitələrinin Bakıda konfransı keçiriləcək

Üç ayda DSMF-də 69 mindən çox vətəndaş müraciəti cavablandırılıb

XRİTDX-nin nümayəndə heyəti Türkiyədə “Müdafiə və Havaçılık sahəsində” keçirilən tədbirdə iştirak edir

Keniyalı general helikopter qəzasında ölüb

Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcək

Milli Məclis 14 məsələnin müzakirəsinə başlayıb

İsmayıllıda fəaliyyət göstərən bazarda nöqsanlar aşkarlanıb

Avstraliya öz vətəndaşlarını İsrail və Fələstini tərk etməyə çağırır

Beynəlxalq Muğam Mərkəzində “Sərhədsiz Puşkin” adlı konsert keçiriləcək

Azərbaycanda böyrək əməliyyatı icbari tibbi sığorta ilə qarşılanır

İsrail İrana raket zərbəsi endirdiyini təsdiqləyib

Rusiyanın hərbi təyyarəsi qəzaya uğrayıb

Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb

“Fotolarda canlanan tarix” sərgisi başa çatıb

Dubayda qastronomiya festivalı açılır

Azərbaycan Premyer Liqası: XXXI tura Tovuzda start veriləcək

“Turan Tovuz” klubunun rəsmisi: Avropanı Tovuz şəhərinə gətirmək istəyirik

Azərbaycanın voleybol çempionatlarında final və üçüncülük oyunlarının tarixləri bəlli olub

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanına qeydiyyat davam edir

Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

Bu gün tanınmış şair Tofiq Bayramın anım günüdür

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

DİN: Ötən gün 5 tüfəng təhvil götürülüb

Yaşıl dünya naminə həmrəy Azərbaycan

® “AlatBay” Logistik Mərkəzi “Edge Advanced Green” sertifikatına layiq görülüb

Azərbaycan neftinin qiyməti 88 dollara enib

Polis 6 kiloqramdan çox narkotik vasitə aşkar edib

Xankəndidə silah-sursat aşkarlanıb

Axtarışda olan 80 nəfər saxlanılıb

Göyçayda vətəndaşlardan avtomat və tüfənglər götürülüb

Salyanda minik avtomobilləri toqquşub, yaralılar var

Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb

Azərbaycanla KAICIID-in gələcək əməkdaşlıq imkanları müzakirə olunub

Zərdabda sənədsiz silahlar aşkar edilib

Avropanın ən təhsilli xalqları Şimal zonasında yaşayır

Qubada yerin təkindən qanunsuz istifadə ilə bağlı tədbir keçirilib

ABŞ İsrailin İrana hücumu barədə məlumatlandırılıb

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

Kürdə batan atanın meyiti tapılıb, 6 yaşlı qızı hələ də axtarılır VİDEO

Mali frankdan imtina etmək istəyir

Dubay aeroportu fəaliyyətini qismən bərpa edib

Fransanın daxili işlər naziri zorakılığa məruz qalıb

Pakistandan Əfqanıstana deportasiya edilmiş təxminən 250 min uşağın yardıma ehtiyacı var

Xınalıq – dağlar qoynunda bənzərsiz irs muzeyi

Yaşar Gülər: Tam müstəqil müdafiə sənayesi - günün tələbidir

Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Parisdə islamofobiya əleyhinə yürüşə icazə verilməyib

Avropa Liqasında bütün yarımfinalçılar müəyyənləşib

Konfrans Liqası: "Fənərbağça" yarımfinala vəsiqə qazana bilməyib

Konfrans Liqası: Yarımfinala vəsiqə qazanan üçüncü komanda bəlli olub

Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub

Səadət Kərimi: Hədəfim peşəkar tərcüməçi olmaq, Azərbaycan irsini tanıtmaqdır

AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib

Fərid Qayıbov ABŞ-da BMT-nin Gənclər Forumunda çıxış edib

Konfrans Liqası: "Aston Villa" penaltilər seriyasında "Lill"i məğlub edərək yarımfinala yüksəlib

Konfrans Liqası: "Fiorentina" yarımfinala vəsiqə qazanıb

Azərbaycan səfiri Prezident İlham Əliyevin məktubunu İsveç Baş Nazirinin Ofisinə təqdim edib

IRENA Assambleyasının 14-cü sessiyası işini panel sessiyaları ilə davam etdirir

Kopenhagendə yanan tarixi birjanın fasadı uçub

ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub

Avropa Şurası Nazirlər Komitəsinin sədri: Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz layiqli yerinə qayıdacaq

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib

Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib

Rəsmi Parisin ölkəmizdəki səfirini geriyə çağırmasının əsas səbəbləri - ŞƏRH

“Tarixi abidələr uşaqların gözü ilə” – rəsm sərgisi

"Abşeron" "qızıl set"də "Murov Az Terminal"a qalib gələrək finala yüksəlib

Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniyada ali səviyyəli toplantısı keçiriləcək

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb

Türkiyədə zəlzələ olub

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda abidələr və tarixi yerlər günü qeyd olunub - FOTO

Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına dair mətbuat konfransı təşkil olunub

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi konfrans keçirilib  YENİLƏNİB

Azərbaycan Vəkillər Kollegiyasının sədri Tbilisidə keçirilən konfransda COP29-un beynəlxalq əhəmiyyətindən danışıb

İndoneziya hökuməti vulkan püskürməsindən sonra sunami ehtimalı barədə xəbərdarlıq edib

Politoloq: Fransa səfirinin geri çağırılması bu ölkədə diplomatiya səviyyəsinin aşağı düşməsinin əlamətidir – ŞƏRH