Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan memarlarına “Əməkdar memar” fəxri adının verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 

Azərbaycan memarlığının inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə “Əməkdar memar” fəxri adı verilsin:

Babakişiyev Rasim Calal oğlu

İbrahimov İbrahim Məmmədhüseyn oğlu

Kiryaşov Yevqeniy Mixayloviç

Qarber Aleksandr Aronoviç

Qədirov Cəmaləddin Bəy oğlu

Molla-zadə Fərhad Ədhəm oğlu

Musaxanov Kəmal Ağa Paşa oğlu

Vəliyev Nazim Oruc oğlu.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 noyabr 2016-cı il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin