Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Azərbaycan metallurgiyasının flaqmanı - “Baku Steel Company” əsaslı yenidənqurmadan sonra istehsalı dörd dəfə artırıb VİDEO

Bakı, 22 iyul (AZƏRTAC). İyulun 22-də “Baku Steel Company” zavodunda əsaslı yenidənqurmadan sonra müasir avadanlıqlarla təchiz olunmuş istehsalat sahələri istifadəyə verilib.

AZƏRTAC xəbər verir ki, bu münasibətlə zavodda təntənəli açılış mərasimi keçirilib. Müəssisədə aparılan əsaslı yenidənqurma istər məhsul buraxılışının artırılması, istərsə də ixrac potensialının genişlənməsi baxımından diqqəti cəlb edir. İndi burada Almaniya, ABŞ, Fransa, İtaliya və Türkiyənin aparıcı şirkətlərinin istehsalı olan avadanlıqlar quraşdırılıb.

Əlamətdar hadisədir ki, “Baku Steel Company”də yenidənqurma işlərinin əsas mərhələsinin yekunlaşması Prezident İlham Əliyevin elan etdiyi “Sənaye ili”nə təsadüf edir. Dövlətimizin başçısının sənayeləşmə siyasətinə uyğun olaraq ölkəmizdə rəqabətqabiliyyətli, ixracyönümlü, çoxşaxəli, innovativ iqtisadiyyatın formalaşdırılması, yeni və modern sənaye müəssisələrinin yaradılması istiqamətində intensiv iş aparılır. Artıq Azərbaycanda müasir standartlara uyğun, rəqabətqabiliyyətli və ixracyönümlü məhsullar istehsal edən, qabaqcıl texnologiyalara əsaslanan çoxsaylı sənaye müəssisələri yaradılır. 2001-ci ildən fəaliyyətə başlayan “Baku Steel Company” bu sahədə nümunə göstərərək, ölkənin qeyri-neft sektorunun inkişafına dəyərli töhfələr verir. Qafqazda analoqu olmayan, hətta Avropada bir çox məşhur müəssisələrlə müqayisə edilən “Baku Steel Company” müasir texnologiyalardan və ən son yeniliklərdən bacarıqla bəhrələnir.

Bu və digər yeniliklər barədə zavodun yenidən qurulan istehsalat sahələrinin açılışı münasibətilə keçirilən tədbirdə məlumat verildi.

“Baku Steel Company”nin həyatında

yeni mərhələ

“Baku Steel Company” MMC-nin müşahidə şurasının sədri Rasim Məmmədov Qafqaz regionunda birinci müasir poladəritmə müəssisəsi, ölkədə ilk özəl metallurgiya zavodu olan şirkətin 13 il əvvəl ulu öndər Heydər Əliyevin xeyir-duası ilə fəaliyyətə başladığını xatırlatdı. Qeyd etdi ki, ötən müddətdə zavodda istehsal olunmuş 3,5 milyon ton məhsulun 1 milyon tonundan çoxu xarici bazarlara ixrac edilib.

Bu gündən etibarən isə şirkətin həyatında tam yeni bir mərhələ başlayır. Həyata keçirilən yenidənqurma nəticəsində zavodun istehsal gücü 250 min tondan 1 milyon tona çatdırılıb. Bu barədə məlumat verən müşahidə şurasının sədri dedi ki, şirkət yerli bazarı keyfiyyətli məhsulla tam təmin etməklə yanaşı, xarici bazara Azərbaycan brendi ilə də məhsul çıxarır. Son vaxtlar 500 tonluq ixrac müqavilələrinin imzalanması zavodun bu sahədə artan potensialından xəbər verir. Həmçinin MMC-yə məxsus Sumqayıt Boruyayma Zavodu Rusiya bazarına ildə 100 min ton boru ixrac edir. “Lakin boru pəstahlarının Rusiyadan idxal olunması bizi qane edə bilməzdi. Bunu nəzərə alaraq, ikinci poladəritmə sexinin fasiləsiz tökmə maşınında boru pəstahlarını özümüz istehsal etmək qərarına gəldik. Bu istiqamətdə işlərə başlanılıb və ümidvarıq ki, ilin sonunadək istehsal xəttini işə salmaq mümkün olacaq”, - deyə R.Məmmədov vurğuladı.

“Baku Steel Company” xaricdə də müəssisələr yaradır

Tikilməkdə olan oksigen və maye azot zavoduna müasir avadanlıq alınması üçün Fransanın “Air Liquide” şirkəti ilə 15 milyon avro məbləğində müqavilə imzalanıb. Bu haqda danışan müşahidə şurasının sədri bildirdi ki, zavod işə salındıqdan sonra müəssisə özünün oksigen və azot ehtiyaclarını tam ödəyəcək. Yenidənqurma çərçivəsində, həmçinin müasir qeyri-standart avadanlıqlar və mürəkkəb metalkonstruksiya istehsal edən “Baku Steel Construction” sahəsi də yaradılıb. Onlarca belə yenilik olduğunu bildirən R.Məmmədov təkcə bir faktı qeyd etməklə kifayətləndi ki, 2011-2014-cü illərdə yenidənqurma işlərinə 200 milyon manatadək sərmayə qoyulub.

Şirkətin xarici ölkələrdəki fəaliyyətinə toxunan müşahidə şurasının sədri vurğuladı ki, “Baku Steel Company” Birləşmiş Ərəb Əmirliklərində illik istehsal gücü 1 milyon ton olan Füceyra Metallurgiya Zavodunun tikinti-quraşdırma işlərini başa çatdırıb, Qazaxıstanın Aktau şəhərində “Caspian Steel” poladəritmə müəssisəsini yenidən qurub. İran İslam Respublikasında Metallurgiya Kompleksinin tikintisinə dair aparılan danışıqlar uğurla nəticələnib. Bu kompleks filiz saflaşdırma işlərindən tutmuş pəstah istehsalınadək böyük bir prosesi əhatə edəcək.

“Baku Steel Company”nin “Polad təqaüdü”

Təbiidir ki, yeni texnologiya yüksək ixtisaslı, işini dərindən bilən kadrlar tələb edir. Bu haqda da danışan R.Məmmədov məlumat verdi ki, 2013-cü ildə “Baku Steel Company”nin “Polad təqaüdü” təsis olunub. Azərbaycan Texniki Universitetinin bu təqaüdə layiq görülən 17 tələbəsi hazırda şirkətdə çalışır.

Mərasimdə “Siemens” şirkətinin regional rəhbəri Samir Axundov, Azərbaycan Texniki Universitetinin prorektoru, professor Mustafa Babanlı, AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun professoru, kimya elmləri doktoru İxtiyar Bəxtiyarlı, Türkiyənin “CVS Makina” şirkətinin qurucusu Murat Karatəkin çıxış edərək, zavodda müasir texnologiyaların tətbiqini yüksək qiymətləndirdilər. Qeyd olundu ki, müəssisədə aparılan əsaslı yenidənqurma işləri “Sənaye ili”nə mühüm töhfə olmaqla yanaşı, qeyri-neft sektorunun inkişafında da əvəzsiz rol oynayacaq.

“Baku Steel Company”nin uğurlarını və yenidənqurma işlərini əks etdirən videoçarx təqdim olunduqdan sonra müşahidə şurasının sədri R.Məmmədov idarəetmə pultu arxasına keçərək poladəritmə sobasını işə saldı.

“Baku Steel Company” dünyanın qabaqcıl şirkətlərinin

ən son texnologiyaları əsasında qurulub

Mərasim iştirakçıları zavodda quraşdırılan ən son texnologiyalarla tanış oldular. Məlumat verildi ki, 2012-ci ildən başlanan yenidənqurma işləri istehsal dayandırılmadan aparılıb. Zavodda Almaniyanın “Siemens VAİ” şirkətində istehsal olunan modern konstruksiyalı 50 tonluq qövslü elektrik sobası, soba çalov qurğusu quraşdırılıb. Müəssisə ABŞ, Fransa, İtaliya, Türkiyə, Hindistan və digər ölkələrin aparıcı şirkətlərinin istehsalı olan avadanlıqlarla da təchiz edilib. Habelə Kanadanın STEL–TEK şirkətinin istehsalı olan müasir fasiləsiz tökmə maşını rekonstruksiya edilərək şırnaqlarının sayı artırılıb.

Hazırda ekoloji normalara uyğun, mükəmməl konstruksiyalı qaztəmizləmə kompleksinə malik zavodda poladəritmə prosesində əsas güc aqreqatlarının işi də tam avtomatlaşdırılıb. Həmçinin 4 əlavə müasir soyutma qurğusu quraşdırılıb, yayma sexləri, təkrarqızdırma sobaları yenidən qurularaq təkmilləşdirilib. Bütün bunlar məhsulun keyfiyyətini ən son Avropa standartlarına uyğunlaşdırmağa imkan verir.

Yenidənqurma işləri 20-dən çox

yerli və xarici şirkətin iştirakı ilə aparılıb

Zavodun mütəxəssisləri metal qırıntılarından əlavə, yeni texnologiya ilə filizdən alınmış məsaməli dəmirin əridilməsi prosesini də mənimsəyiblər. Bu məqsədlə hazırda Almaniyanın “Siemens VAI” və “SMS Siemag”, İtaliyanın “Danieli” şirkətlərinin birgə təklifləri əsasında məsaməli dəmir, yanmış əhəng və digər legirlənmə materiallarının sobaya və soba çalova verilməsi qurğusu tikilir.

Müasir avadanlıqlarla təchiz olunmuş qaraj təsərrüfatı, mexanikləşdirilmiş anbar kompleksi tikilib, həmçinin mexaniki sex genişləndirilib və burada yeni metal emalı dəzgahları quraşdırılıb. Almaniya istehsalı olan FKU qurğusu sayəsində sobanın ümumi enerji sisteminə mənfi təsirinin qarşısını tam almaq mümkün olub.

Yenidənqurma işlərinin tərkib hissəsi olaraq dünya standartlarına cavab verən, dəqiq təhlillər aparmaq imkanı yaradan mərkəzi laboratoriya qurulub. Bu laboratoriya Yaponiya, Almaniya və İsveçrənin yüksək keyfiyyətli avadanlıqları ilə təchiz edilib. Həmçinin müəssisədə böyük abadlaşdırma işləri həyata keçirilib, təmiz mikroiqlim yaradılıb.

Bütün bu işlər 20-dən çox yerli və xarici şirkətin, eləcə də zavodun 500-dən çox mühəndis-texniki heyətinin iştirakı ilə görülüb.

Yeni hədəflərə doğru

“Baku Steel Company”də aparılan yenidənqurma işləri məhsulun həcmini və keyfiyyətini yüksəltməklə yanaşı, çeşidini genişləndirmək imkanı yaradıb ki, bu da ixraca müsbət təsir edən amillərdəndir.

“Sənaye ili”ndə qarşıya qoyulan ən mühüm vəzifələrdən biri də müəssisələrin xarici bazara çıxış imkanlarının genişləndirilməsidir. “Baku Steel Company” bu baxımdan da öncüllər sırasındadır. Belə ki, onun məhsulları İran, Rusiya, Gürcüstan və digər ölkələrə ixrac olunur. Şirkət, eyni zamanda, ölkənin qeyri-neft sektorunda ən böyük vеrgi ödəyicilərindən biridir.

Azərbaycanın poladəritmə sənayesinin flaqmanı olan, aparılan yenidənqurma sayəsində müasir və modern müəssisəyə çevrilən “Baku Steel Company” Prezident İlham Əliyevin sənayenin inkişafı ilə bağlı qarşıya qoyduğu yeni hədəflərə doğru inamla irəliləməkdə davam edir.

 

Azərbaycan metallurgiyasının flaqmanı - “Baku Steel Company” əsaslı yenidənqurmadan sonra istehsalı dörd dəfə artırıb VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Valideynlik hüququndan məhrumetmə barədə iddia qaldıra bilənlərin sayı artırılır

Nazir: TDT-nin platformasından istifadə etməklə biz aqrar sektorun inkişafına töhfə verə bilərik

Türkiyəli nazir: Zəlzələ zonasında 300 min obyekt tikilir

Ölkəmiz ABŞ-da Oyun Tərtibatçıları Konfransında təmsil olunub

Kiyev və Varşava təhlükəsizlik zəmanəti barədə saziş imzalamağı planlaşdırır

Azərbaycan gimnastları Dünya Kubokunda iştirak edəcəklər

ABŞ husilərə aid daha dörd PUA-nın vurulduğunu bildirib

FHN: Ötən sutka ərzində 2-si azyaşlı olmaqla 5 nəfər xilas edilib

Vaşinqtonda Hirşhorn kolleksiyasının sərgisi açılıb

Məktəb psixoloqları üçün müsabiqə

Türkiyədə FETÖ ilə əlaqədə şübhəli bilinən daha 70 nəfər saxlanılıb

BDU-nun müəllimi Rumıniyanın Aleksandr İohan Kuzi adına Yassı Universitetində mühazirə deyib

AMB: Ötən il ixracın 25,9 milyard dolları neft-qaz sektorunun payına düşüb

Premyer Liqa: “Sumqayıt” – “Araz-Naxçıvan” oyununun hakimləri bəlli olub

Milli Məclis 21 məsələnin müzakirəsinə başlayıb

Qəbələdə torpağın qanunsuz zəbtinin qarşısı alınıb

Mərkəzi Bank: Ötən il Azərbaycandan xaricə birbaşa investisiya 3 milyard dollardan çox olub

Cabbar Qaryağdıoğluna həsr olunmuş “Xalqın mədəni sərvəti” layihəsi davam edir

“Böyük Dəbilqə”: Azərbaycanın 3 cüdoçusu mübarizəyə başlayır

Ötən il Azərbaycan iqtisadiyyatına olan birbaşa xarici investisiyaların həcmi açıqlanıb

Tanınmış arxeoloq Tufan Axundov vəfat edib

“Anev-2024 Türk dünyasının mədəniyyət paytaxtı” ilinin açılış mərasimi keçirilib

Ötən il cari əməliyyatlar hesabının profisiti 8,3 milyard ABŞ dolları olub

Madaqaskarda qasırğa 14 nəfərin həyatına son qoyub

Kişi voleybolçuların Yüksək Liqasında növbəti oyun keçiriləcək

AMEA Naxçıvan bölməsinin Rəyasət Heyətinin iclası keçirilib

Premyer Liqa: “Qarabağ” üçün çempionluq oyunu, “Neftçi” autsayderə qarşı

Cənubi Afrikada avtobus qəzası nəticəsində 45 nəfər ölüb

Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb

Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaq

Xırdalanda əl qumbaraları və partladıcılar tapılıb VİDEO

Xankəndidə silah-sursat aşkarlanıb

Ötən gün təhvil götürülən silah-sursatın sayı açıqlanıb

Sabirabadda yol qəzası olub, iki nəfər xəsarət alıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb

Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb

Azərbaycan neftinin qiyməti 89 dolları ötüb

Çinin internet şirkətləri iki ayda 35 milyard dollara yaxın gəlir əldə edib

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Füzuli sakini: Gözəl günlərimiz bundan sonra daha çox olacaq

Qazaxda narkotik satmaqda şübhəli bilinən şəxs saxlanılıb

Keçmiş məcburi köçkün: Düşünürəm ki, artıq bütün şəhidlərimizin ruhu şaddır

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

ABŞ Baltimordakı körpünün bərpasına 60 milyon dollar ayırıb

Tədqiqat: 7 saatdan az yuxu yüksək təzyiq riskini artırır

Alimlər virusların insandan heyvana daha çox keçdiyini ortaya çıxarıblar

İsveç arxeoloqları XII əsrə aid gümüş sikkələr aşkarlayıblar

Finlandiyada etiraz nümayişləri Pasxa bayramından sonra davam edəcək

Vyetnamlı məktəbli dünyada SAT üzrə ən yaxşı nəticə göstərib

Bir ay tam yuxu alan insanlar özlərini 6 yaş cavan hiss edirlər - Araşdırma

Brüsseldə zorakılıq halları nəzarətdən çıxır

Azərbaycan Beynəlxalq Astronavtika Federasiyasının “Yaz toplantıları” konfransında təmsil olunub

Türkiyə 10 illik fasilədən sonra Liviyaya uçuşları bərpa edib

Uşaqlıq və yeniyetməlik dövründə oturaq həyat tərzi damar sərtliyini artıra bilər

Çinin “Phoenix” telekanalı Azərbaycana həsr olunmuş xüsusi veriliş yayımlayıb VİDEO

Pentaqon: Rusiya ABŞ-ın terror aktı ilə bağlı xəbərdarlığına məhəl qoymayıb

Parisdə Olimpiya Oyunlarının açılış mərasimi ləğv edilə bilər

XİN: Macarıstan terrorizmi hər zaman qınayacaq

“Crocus City Hall”dakı terror aktında şübhəli bilinən daha bir nəfər saxlanılıb

Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirir VİDEO

Gürcüstanın Bakuriani bölgəsində baş verən qar uçqunu nəticəsində bir nəfər itkin düşüb

Göyçayda yol qəzası baş verib, xəsarət alanlar var VİDEO

Premyerası Bakıda keçirilmiş “Kalina krasnaya” filmi 50 yaşını qeyd edir

Gəncədə yaşayış binasında yanğın baş verib VİDEO

Netanyahu HƏMAS-ın “strateji aktivlərinə” həbs qoyulduğunu açıqlayıb

ABŞ Konqresinin nümayəndə heyəti Ankarada “F-16” tədarükü mövzusunu müzakirə edəcək

Gürcüstanın Baş naziri ölkə müsəlmanları üçün iftar süfrəsi təşkil edib

BMT: Konqonun şərqindəki döyüşlər 6 milyona yaxın insanın evlərini tərk etməsinə səbəb olub

Naxçıvandan Qarabağa yollanan şəhid ailələri Füzuli rayonunda olublar

“Crocus City Hall”da terror aktı törədilən yerdə sübutların yoxlanılması başa çatdırılıb

“Azərişıq” Göyçayda yenidənqurma işlərini davam etdirir

Səfir Leyla Abdullayeva Fransanın nüfuzlu universitetində Azərbaycanın enerji siyasətindən danışıb VİDEO

Lavrov: Ermənistandakı vəziyyət nikbinlik yaratmır

Növbəti aqrar biznes festivalı Qubada təşkil olunub

Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turniri 21 medalla başa vurublar

Politoloq: Ermənistanın Gürcüstan ərazilərini işğal etməsi de-yure təsdiqlənib

Naxçıvanda sel sularından səmərəli istifadə təmin edilib

Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub

İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb

“Morgenland” Odlar Yurdu ilə görüşür” - Azərbaycan və Almaniya musiqiçilərinin birgə layihəsi təqdim olunub

Nazir: “SİMA İmza” tətbiqinin xarici ölkələrə ixracı üçün danışıqlar aparılır

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Şirvan Apellyasiya Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb

Taha Ayhan: Məqsədimiz Şuşanın azad olunma hekayəsini bütün dünyaya çatdırmaqdır

Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək

Fərid Qayıbov: İl ərzində Şuşada gənclər üçün müxtəlif tədbirlər keçiriləcək

Roma Papasının səhhəti yaxşılaşıb

Elektron Təhlükəsizlik Xidməti OIC-CERT kibertəhlükəsizlik təşkilatına üzv olub

Nazirlik: Taksilərin ağ və ya qırmızı olması ilə bağlı tələb yalnız iyulun 1-dən idxal edilən avtomobillərə şamil edilir

N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz

“Clarivate” şirkətinin nümayəndəsi seçilmiş jurnalların əməkdaşları üçün təlim keçəcək

Gəncə-Qazax bölgəsində yerləşən kolleclərdə monitorinqlər başlanıb

“Şuşa İƏT Gənclər Paytaxtı - 2024” beynəlxalq proqramının keçirilməsinə dair öhdəlik protokolu imzalanıb

Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib

Canını Vətənə fəda edənlər – Elçin Şükürov

Bağçalara müdir vəzifəsinə işə qəbulun test imtahanı mərhələsinin qaydaları açıqlanıb

Gürcüstanda doğulan uşaqların sayı 5 faiz azalıb

Mingəçevirdə yataqxana binasında yanğın olub, sakinlər təxliyə edilib

ABB Ağdaş filialını da yeniləyib

Naxçıvanda saxta zeytun yağları satış dövriyyəsindən kənarlaşdırılıb

“İnsanlıq əleyhinə cinayət: soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar” mövzusunda konfrans keçirilib