REGİONLAR
Azərbaycan metallurgiyasının veteranı Tofiq Həsənovun 80 illik yubileyi qeyd edilib
Sumqayıt, 27 noyabr, AZƏRTAC
Sumqayıt Bələdiyyəsində Azərbaycan metallurgiyasının veteranı, uzun illər Sumqayıt Alüminium zavodunda çalışaraq, adi fəhləlikdən müəssisə direktoru vəzifəsinədək yüksəlmiş, sonralar isə respublikanın “Metallurgiya” Dövlət Şirkətinə rəhbərlik etmiş Tofiq Həsənovu 80 illik yubileyi münasibətilə tədbir keçirilib.
Sumqayıt Bələdiyyəsindən AZƏRTAC-a bildirilib ki, sədr professor Əbülfəz Babayev şəhərin qara və əlvan metallurgiyasının inkişafında Tofiq Həsənovun xidmətlərini yüksək qiymətləndirərək, onun son illərdə Sumqayıt Bələdiyyəsində də öz zəngin təcrübəsi ilə səmərəli fəaliyyət göstərdiyini, əməksevərliyi, işgüzarlığı ilə gənclərə nümunə olduğunu vurğulayıb. Yubilyara bələdiyyənin fəxri fərmanı və xatirə hədiyyəsi təqdim edilib.
Tədbirdə qeyd edilib ki, Tofiq Həsənovun gərgin və səmərəli əmək fəaliyyəti 1980-ci ildə respublika rəhbəri Heydər Əliyev tərəfindən yüksək qiymətləndirilib və o, “Şərəf nişanı” ordeni ilə təltif edilib.