MƏDƏNİYYƏT


Azərbaycan mətbəxinin təamları barədə Cənubi afrikalı oxuculara məlumat verilib

A+ A

Bakı, 29 avqust, AZƏRTAC

Cənubi Afrika Respublikasında Azərbaycan mətbəxinin ləziz nümunələri barədə məlumatların da yer aldığı “Dünya bir boşqabda” adlı kitabın təqdimat mərasimi keçirilib. Kitabda dünya kulinariya nümunələri sırasında səfirliyimizin təşəbbüsü və dəstəyi ilə milli mətbəximizin çeşidləri barədə məlumatlar da oxuculara təqdim olunub.

Azərbaycan Respublikasının Cənubi Afrika Respublikasındakı Səfirliyindən AZƏRTAC-a verilən məlumata görə təqdimat mərasimində, həmçinin ölkəmizlə bağlı quraşdırılmış stenddə Azərbaycanın mədəniyyəti, təbiəti, tarixi və turizm imkanlarına dair məlumatlar yer alıb.

“Dünya bir boşqabda” kitabı CAR-da akkreditə olunmuş diplomatik missiya rəhbərləri və üzvlərinin həyat yoldaşlarından ibarət “International Diplomatic Spouses Association”un təşəbbüsü ilə nəşr edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.