REGİONLAR


Azərbaycan mətbuatı milli mənəvi dəyərlərin qorunmasında önəmli rol oynayıb

A+ A

Gəncə, 22 iyul, AZƏRTAC

Gəncə şəhərində 22 İyul - Milli Mətbuat Günü münasibətilə jurnalistlərlə görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, milli mətbuatın yaranmasının 141-ci ildönümü münasibətilə keçirilən görüşdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev, şəhərdə fəaliyyət göstərən KİV nümayəndələri iştirak ediblər.

Jurnalistləri əlamətdar gün münasibətilə təbrik edən Elnur Rzayev bildirib ki, 141 il əvvəl böyük maarifçi Həsən bəy Zərdabinin əsasını qoyduğu Azərbaycan milli mətbuatı çətin və şərəfli yol keçib. Azərbaycan mətbuatı milli mənəvi dəyərlərin qorunmasında, xalqın dünyagörüşünün formalaşmasında önəmli rol oynayıb.

Qeyd olunub ki, ulu öndər Heydər Əliyev hər zaman mətbuatın fəaliyyətinə xüsusi önəm verib, öz dəstəyini əsirgəməyib. Bu siyasət bu gün də uğurla davam etdirilir.

Media nümayəndələri çıxış edərək bildiriblər ki, bu gün ölkədə mətbuatın inkişafına, KİV nümayəndələrinin sosial müdafiəsinin gücləndirilməsinə xüsusi diqqət yetirilir. Qəzetlərə birdəfəlik maliyyə yardımlarının ayrılması, KİV işçiləri üçün mərhələli şəkildə yaşayış binalarının inşa edilərək istifadəyə verilməsi bunun bariz nümunəsidir.

Sonda Gəncə şəhərinin ictimai həyatında və sosial-iqtisadi inkişafında səmərəli fəaliyyətinə görə bir qrup mətbuat nümayəndəsinə fəxri fərmanlar təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.