MƏDƏNİYYƏT


Azərbaycan milli musiqisi İordaniyada

Bakı, 14 iyul, AZƏRTAC

Azərbaycan Milli Konservatoriyasının (AMK) müəllimi, Əməkdar Artist Fəridə Məlikova İordaniyanın paytaxtı Əmmanda konsert proqramı ilə çıxış edib.

Konservatoriyadan AZƏRTAC-a bildirilib ki, konsert İordaniya Haşimilər Krallığı Abdul Hameed Şoman Fondunun təşkilatçılığı ilə Əmmanın tarixi Odeon Teatrında gerçəkləşib. Krallığın Milli Orkestrinin müşayiətilə F.Məlikovanın kamançada milli musiqi nümunələrimizi və ərəb muğamlarını səsləndirməsi dinləyicilər tərəfindən maraqla qarşılanıb.

Konsert iki ölkə arasında mədəni əlaqələri daha da inkişaf etdirmək və yerli tamaşaçıları Azərbaycan musiqisi ilə yaxından tanış etmək məqsədi daşıyır.

Qeyd edək ki, konsertin layihə rəhbəri AMK-nın şöbə müdiri Şəlalə Rzayevadır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.