ELM VƏ TEXNOLOGİYA


Azərbaycan milli sirk sənəti 70 illik tarixində böyük uğurlar qazanıb

A+ A

Bakı, 24 noyabr, AZƏRTAC

Noyabrın 24-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) bu qurumun Memarlıq və İncəsənət İnstitutunun təşkilatçılığı ilə “Azərbaycan milli sirk sənəti-70” mövzusunda respublika elmi-praktik konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə institutun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə Azərbaycan peşəkar sirk sənətinin inkişaf yollarından danışıb.

Qeyd olunub ki, Azərbaycanda ənənəvi sirk sənətinin tarixi çox qədim dövrlərə gedib çıxsa da, peşəkar sirkin meydana gəlməsi nisbətən yaxın keçmişə təsadüf edir. Dahi Üzeyir Hacıbəylinin təşəbbüsü ilə yaradılan Azərbaycan peşəkar sirk kollektivinin ifasında ilk milli sirk proqramının premyerası 1946-cı il iyunun 12-də Bakı Dövlət Sirkində olub.

Bakı Dövlət Sirkinin direktoru Vaqif Bağırzadə rəhbərlik etdiyi qurumun milli sirk sənətinin inkişafindakı rolundan bəhs edib. V.Bağırzadə Bakı Dövlət Sirkinin beynəlxalq əlaqələrinin son illərdə daha da genişləndiyini diqqətə çatdırıb.

Konfransda “Azərbaycan sirk pəhləvanları”, “Milli sirk sənətində musiqi, Azərbaycan sirkində klounada”, “Azərbaycan milli kinosunda sirk ənənəsi”, “Azərbaycan illüziya sənətinin inkişaf yolları”, “Müasir Azərbaycan sirk sənəti dünya arenasında” mövzularında məruzələr dinlənilib.

Tədbirdə “Bu, Azərbaycan sirkidir” sənədli filmi nümayiş olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.