İDMAN
Azərbaycan millisi Estoniya yığmasını məğlub edib
Bakı, 18 yanvar, AZƏRTAC
FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXIX ənənəvi beynəlxalq turnirdə 1999-cu il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığması 9-12-ci yerlər uğrunda görüşdə Estoniya komandası ilə qarşılaşıb.
AZƏRTAC xəbər verir ki, Peterburqski İdman-Konsert Kompleksində keçirilən oyun futbolçularımızın böyük hesablı qələbəsi ilə başa çatıb - 3:0. Yığmamızın heyətində Pilağa Mehdiyev, Doğukan Öksüz və İbrahim Əliyev fərqləniblər.
Yığmamız turnirdə növbəti oyununu yanvarın 20-də Belarus komandasına qarşı keçirəcək. Qarşılaşma yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə saat 20:00) başlayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [17:57]
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
- 28.03.2024 [17:11]
Premyer Liqa: Dörd oyuna hakim təyinatları açıqlanıb
- 28.03.2024 [17:09]
Azərbaycan ağırlıqqaldıranları üçün antidopinqlə bağlı seminar keçirilib
- 28.03.2024 [16:16]
Dünyanın futbol üzrə ən dəyərli “onbirliyi” açıqlanıb
- 28.03.2024 [14:22]