İDMAN


Azərbaycan millisi Finlandiya yığması ilə qarşılaşıb

Bakı, 7 iyul, AZƏRTAC

Estoniyanın paytaxtı Tallində təşkil olunmuş UEFA inkişaf turnirində futbol üzrə 18 yaşadək qızlardan ibarət Azərbaycan yığması son oyununu keçirib.

AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, finlandiyalı həmyaşıdları ilə qarşılaşan futbolçularımız 0:5 hesabı ilə məğlub olublar.

Xatırladaq ki, turnirin ilk oyununda yığmamız Malta komandasına 1:2 hesabı ilə məğlub olmuş, ikinci qarşılaşmada isə Estoniya yığmasına qalib gəlmişdi – 4:1.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.