İDMAN


Azərbaycan millisi İran, Tacikistan və Rusiya yığmaları ilə qarşılaşacaq

A+ A

Bakı, 26 iyul, AZƏRTAC 

Xəbər verdiyimiz kimi, 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması avqustun 7-dən 13-dək Qazaxıstanın Şımkent şəhərində təşkil olunacaq “Prezident kuboku” turnirində iştirak edəcək.

AZƏRTAC xəbər verir ki, yığmamız qrup mərhələsində İran, Tacikistan və “Rusiya-2” milli komandaları ilə qarşılaşacaq.

Millimiz avqustun 8-də İran, bir gün sonra Tacikistan, avqustun 11-də isə “Rusiya-2” komandası ilə üz-üzə gələcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.