İDMAN


Azərbaycan millisi Serbiya, İrlandiya və Kipr yığmaları ilə qarşılaşacaq

Bakı, 14 dekabr, AZƏRTAC

İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında 2017/2018-ci il mövsümü üçün 19 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsinin püşkatma mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, püşkün nəticəsinə görə, millimiz yeddinci qrupda Serbiya, İrlandiya və Kipr ilə qarşılaşacaq.

Qrupun oyunları gələn il oktyabrın 4, 7-də və 10-da İrlandiyada təşkil olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.