İDMAN


Azərbaycan millisi Şimali İrlandiya yığması ilə oyuna “Nike” istehsalı olan formada çıxacaq

Bakı, 7 iyun, AZƏRTAC

Bir neçə ildir ki, “Umbro” şirkəti ilə əməkdaşlıq edən AFFA futbol üzrə Azərbaycan milli komandası üçün “Avro-2016”nın seçmə mərhələsinin sonunadək kifayət edəcək sayda geyim əldə etmişdi. Mövcud geyim dəstlərindən qənaətlə istifadə olunduğu üçün millimizin dünya çempionatının seçmə mərhələsinin geridə qalan oyunlarında da “Umbro” şirkətinin istehsalı olan formalardan istifadə olunub.

AZƏRTAC xəbər verir ki, seçmə mərhələnin digər qarşılaşmaları üçün forma almaq məqsədilə AFFA bir neçə, o cümlədən “Umbro” və “Nike” şirkətləri ilə danışıqlar aparıb. “Nike” şirkəti “Umbro” ilə müqayisədə tələb olunan geyimləri daha tez və 11 faiz ucuz qiymətə təmin etdiyi üçün AFFA ilə şirkət arasında razılıq əldə olunub.

Beləliklə, Azərbaycan milli komandası dünya çempionatının seçmə mərhələsi çərçivəsində iyunun 10-da Şimali İrlandiya yığmasına qarşı keçirəcəyi oyundan başlayaraq mövsümün sonunadək meydana “Nike” istehsalı olan formada çıxacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.