İDMAN
Azərbaycan millisi boks üzrə Avropa birinciliyində ikinci olub
Bakı, 25 may, AZƏRTAC
Lvovda yeniyetmələr arasında boks üzrə Avropa birinciliyində Azərbaycan millisi 2 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıb.
AZƏRTAC xəbər verir ki, birincilikdə 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Bəxtiyar Qazıbəyov finalda Türkiyə boksçusu Tugrulhan Erdəmiri məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Məhəmməd Abdullayev (80 kq-dan yuxarı) də Avropa birinciliyinin qızıl medalina sahib olub. Həmyerlimiz finalda ukraynali Aleksandr Xristevi üstələyib.
Cavid Huseynov (48 kq) finalda Artyom Demyanenkoya (Ukrayna) uduzaraq gümüş medalla kifayətlənib. Niyaməddin Allahverdiyev (52 kq) də qitə birincliyini ikinci pillədə başa vurub.
Orxan Həsənov (54 kq) və Şaiq Məlikov (70 kq) turnirin bürünc medalına sahib olublar.
Azərbaycan yığması ümumi komanda hesabında Ukraynadan sonra ikinci yeri tutub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [17:57]
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
- 28.03.2024 [17:11]
Premyer Liqa: Dörd oyuna hakim təyinatları açıqlanıb
- 28.03.2024 [17:09]
Azərbaycan ağırlıqqaldıranları üçün antidopinqlə bağlı seminar keçirilib
- 28.03.2024 [16:16]
Dünyanın futbol üzrə ən dəyərli “onbirliyi” açıqlanıb
- 28.03.2024 [14:22]