İDMAN


Azərbaycan millisi futzal üzrə dünya çempionatında çıxışını başa vurub

A+ A

Bakı, 26 sentyabr, AZƏRTAC 

Azərbaycan milli komandası Kolumbiyada təşkil olunan futzal üzrə dünya çempionatında çıxışını başa vurub.

AZƏRTAC xəbər verir ki, 1/4 final mərhələsində Kali şəhərindəki Coliseo El Pueblo İdman Kompleksində Portuqaliya yığması ilə qarşılaşan millimiz 2:3 hesabı ilə məğlubiyyətə uğrayıb.

Xatırladaq ki, dünya çempionatının qrup mərhələsində Mərakeş yığmasına 5:0 hesabı ilə qalib gələn millimiz, İspaniya komandasına 2:4 hesabı ilə məğlub olmuş, iranlı futzalçılarla isə heç-heçə etmişdi – 3:3. Komandamız 1/8 final mərhələsində Tailand yığmasına 13:8 hesabı ilə qalib gəlmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.