İDMAN


Azərbaycan millisi futzal üzrə dünya çempionatının final mərhələsinə qələbə ilə başlayıb

A+ A

Bakı, 13 sentyabr, AZƏRTAC

Kolumbiyada futzal üzrə dünya çempionatının final mərhələsi keçirilir.

AZƏRTAC xəbər verir ki, futzal tarixində ilk dəfə mundialda iştirak edən Azərbaycan millisi Afrika çempionuna 5:0 hesabı ilə qalib gəlib.

Millimiz çempionatda "F" qrupunda İran, Mərakeş və İspaniya yığmaları ilə mübarizə aparır. Yığmamız ilk oyununda sentyabrın 13-də Medellin şəhərindəki Coliseo Ivan de Bedout idman kompleksində Afrika çempionu Mərakeş futzalçıları ilə qarşılaşıb.

Anqolalı baş hakim Jose Katemonun idarə etdiyi və komandamızın üstünlüyü ilə keçən görüşdə Azərbaycan milli komandasının heyətində Vassura het-trik edib, Qallo və Tyaqo Bolina isə hərəyə bir dəfə fərqləniblər. Beləliklə, Azərbaycan millisi futzal üzrə dünya çempionatının final mərhələsində Afrika çempionunu 5:0 hesabı ilə məğlubiyyətə uğradaraq turnirə qələbə ilə başlayıb.

"F" qrupunun digər görüşündə isə İran və İspaniya üz-üzə gələcək.

Yığmamız ikinci oyununu sentyabrın 16-da ikiqat dünya çempionu İspaniyaya, qrupun son görüşünü isə sentyabrın 19-da Asiya çempionu İran komandasına qarşı keçirəcək.

Ümumilikdə dünya çempionatında 24 komanda 6 qrupda mübarizə aparacaq. Qrupda ilk iki pilləni tutanlar və ən yaxşı üçüncü yerin sahibi olacaq dörd komanda səkkizdəbir final mərhələsinə vəsiqə qazanacaq.

Dünya çempionatının qalibi oktyabrın 1-də müəyyənləşəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.