İDMAN


Azərbaycan millisi penalti seriyasında Monteneqroya qalib gəlib

Bakı, 19 aprel, AZƏRTAC

Aprelin 19-da futbol üzrə 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması Monteneqronun Podqoritsa şəhərində təşkil olunan UEFA İnkişaf turnirində növbəti oyununu keçirib.

AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, yığmamız Monteneqro komandası ilə qarşılaşıb. Oyun 1:1 hesabı ilə başa çatdığı üçün turnirin əsasnaməsinə uyğun olaraq, qalib penalti seriyasında müəyyənləşib. 11 metrlik zərbələri daha sərrast yerinə yetirən yığmamız 5:4 hesabı ilə qələbə qazanıb.

Yığmamız turnirdə son oyununu aprelin 21-də Qazaxıstan komandasına qarşı keçirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.