İDMAN


Azərbaycan millisi su polosu yarışlarında ilk qələbəyə sevinib

Bakı, 14 may, P.İmanova, N.Həsənzadə, AZƏRTAC 

Mayın 14-də “Bakı-2017”nin su polosu yarışlarının ikinci günündə iki qarşılaşma oynanılıb.

AZƏRTAC xəbər verir ki, günün birinci oyununda Səudiyyə Ərəbistanı ilə İran komandaları üz-üzə gəliblər. Oyunun əvvəlindən təşəbbüsü ələ alan iranlı idmançılar görüşü qələbə ilə başa vurublar - 11:6. Bununla da İran millisi İslamiadada ikinci qələbəsini qazanıb. Səudiyyə Ərəbistanı isə yarışda keçirdiyi ilk oyunda məğlubiyyətlə üzləşib.

Günün ikinci qarşılaşması Azərbaycan və İndoneziya komandaları arasında keçirilib. Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Azərbaycan komandası gözəl oyun nümayış etdirərək 9:7 hesabı ilə qalib gəlib.

Mayın 15-də Səudiyyə Ərəbistanı-İndoneziya və Azərbaycan-Türkiyə görüşləri keçiriləcək.

Mayın 17-dək davam edəcək yarışlarda kişilərdən ibarət beş komanda - Azərbaycan, Türkiyə, İran, Səudiyyə Ərəbistanı və İndoneziya milliləri mübarizə aparırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.