İDMAN


Azərbaycan millisinin Şimali İrlandiya yığması  ilə keçirəcəyi oyun üçün start heyəti müəyyənləşib

Bakı, 9 iyun, AZƏRTAC

Futbol üzrə Azərbaycan milli komandasının Şimali İrlandiya yığması ilə keçirəcəyi 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsi oyunu üçün heyəti müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki iyunun 9-da keçirdiyi mətbuat konfransında deyib.

O, heyətdə Kamran Ağayev, Rəşad Sadıqov, Bədavi Hüseynov, Pavel Paşayev, Maksim Medvedev, Qara Qarayev, Riçard Almeyda, Əfran İsmayılov, Cavid Hüseynov, Dmitri Nazarov və Ramil Şeydayevin yer alacağını bildirib.

Xatırladaq ki, iyunun 10-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan–Şimali İrlandiya matçı saat 20:00-da başlayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.