İDMAN


Azərbaycan millisinin rəqibi heyətini açıqlayıb

Bakı, 22 dekabr, AZƏRTAC

UEFA-nın ilk vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunan XXIX beynəlxalq turnirdə Azərbaycanın U-17 millisinin rəqibi Qazaxıstan yığması heyətini açıqlayıb.

AZƏRTAC xəbər verir ki, Sankt-Peterburq İdman Sarayında təşkil olunacaq yarış üçün Qazaxıstan millisi 26 futbolçunu heyətə daxil edib.

“C” qrupunda yer alan Qazaxıstan yığması, Azərbaycan, Litva və Slovakiya milliləri ilə üz-üzə gələcək.

Qazaxıstan millisinin heyətində - qapıçılar: Adaşbek Abdirazanov (“Ordabası”), Vladislav Sazonov (“İrtış”), Ali Yantijanov (“Kayrat”), müdafiəçilər: Dinmuxamed Kaşken, Talqat Kusyapov, Saqi Sovet (hamısı “Astana”), Samat Bortay, Saqadat Tursınbay (hər ikisi “Ordabası”), Erasıl Amanjolov (“Atırau”), Aybar Nurdaliyev (“Kayrat”), Danil Kuznetsov (“İrtış”), Sanjar Batırxanov (“Jetısu”), yarımmüdafiəçilər: Aydos Oral, Janali Payruz (“Şaxtyor”), Darın Suyunov, Nuralı Alip, Saqınış Serikov (hamısı “Kayrat”), Batır Kudayberdınov (“İrtış”), Qavril Kan (“Taraz”), Muxit Jaksılık (“Ordabası”), Alibi Tuzakbayev (“Almatı”), hücumçular: Muxit Jaksılık (“Ordabası»), Sultan Astanov, Janibek Baytursınov, Marlen Aymanov (hamısı “Kayrat”), Vladislav Kvon (“Yenbek”), ehtiyat oyunçular: Madi Jakipbayev, Jasulan Kayrkenov, Sultan Saqınayev, Ruslan Maxan (hamısı “Astana”), Erkebulan Seydaxmet (“Montajnik”), Danil Ustimenko və Andrey Ulşin (hər ikisi “Kayrat”) yer alıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.