İDMAN


Azərbaycan millisinin şahmatçısı: Ümid edirəm ki, olimpiadada medal qazanacağıq

Bakı, 16 iyul, AZƏRTAC 

Bakı Şahmat Olimpiadasına Qəbələdə hazırlaşan Azərbaycan millisinin şahmatçısı Rauf Məmmədov mötəbər yarışla bağlı fikirlərini bildirib. Bakı Şahmat Olimpiadasının mətbuat xidmətinə açıqlama verən qrossmeyster deyib: “Ölkəmizdə şahmat çox sevilir. Ona görə də bizi dəstəksiz qoymayacaqlarına inanıram. Ümid edirəm ki, nəhayət, biz olimpiadada medal qazanacağıq”.

Xatırladaq ki, Bakıda təşkil olunacaq Şahmat Olimpiadası sentyabrın 1-də start götürəcək. Ölkəmizdə ilk dəfə baş tutacaq mötəbər yarış “Baku Crystal Hall”da keçiriləcək. Olimpiada günlərində paytaxtımızda, həm də FİDE konqresinin növbəti iclası olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.