İDMAN


Azərbaycan millisinin üzvü Yaponiyada ən dəyərli voleybolçu seçilib

A+ A

Bakı, 14 noyabr, AZƏRTAC 

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Polina Rəhimova Yaponiya çempionatında növbəti oyununu keçirib.

AZƏRTAC xəbər verir ki, voleybolçumuzun çıxış etdiyi “Toyota” komandası V turda “Toray” klubunun qonağı olub.

İlk 4 turda 3 xal toplayan “Toyota” bu dəfə çətinliklə də olsa qalib gəlib – 3:2.

Görüşdə komandasına 43 xal qazandıran voleybolçumuz matçın ən dəyərli oyunçusu seçilib. O, bu xallardan 36-sını hücumda, 3-nü blokda, 4-nü isə eyslə əldə edib.

Bu qələbədən sonra aktivindəki xalların sayını 5-ə çatdıran “Toyota” son pillədən yaxa qurtarıb. İki rəqibini qabaqlayan komanda 6-cı yerə yüksəlib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.