İDMAN


Azərbaycan millisinin üzvündən “fair-play” nümunəsi

A+ A

Bakı, 16 dekabr, AZƏRTAC

İyirmi bir yaşadək qızlardan ibarət Azərbaycan millisinin üzvü, karyerasını Türkiyənin “1207 Antalyaspor Döşəməaltı Bələdiyyəspor” futbol klubunda davam etdirən Aysun Əliyeva “fair-play” nümunəsi göstərib.

AZƏRTAC xəbər verir ki, 19 yaşlı futbolçu “Kireçburnu”-“1207 Antalyaspor Döşəməaltı Bələdiyyəspor” oyunu zamanı zədələnən və meydanı tərk etməkdə çətinlik çəkən rəqib komandanın futbolçusu İjeoma Queenth Danielsi kürəyinə alaraq, meydandan çıxarıb.

Qeyd edək ki, A.Əliyeva 2012-ci ildə ölkəmizdə keçirilən FİFA U-17 qadınlararası dünya çempionatında millimizin heyətində çıxış edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.