ORDU
Azərbaycan müdafiə naziri Türkiyəyə yola düşüb
Bakı, 30 may, AZƏRTAC
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə keçirilən "Efes-2016" beynəlxalq təlimlərin yekun mərhələsi zamanı təşkil edilən Yüksək Səviyyəli Qonaqlar günündə iştirak etmək üçün mayın 30-da İzmir şəhərinə yola düşüb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, 9 ölkənin (Azərbaycan, Almaniya, ABŞ, Böyük Britaniya, Polşa, Pakistan, Səudiyyə Ərəbistanı, Qətər və Türkiyə) qatıldığı "Efes-2016" beynəlxalq təlimlərində Azərbaycan Silahlı Qüvvələrinin 30 nəfərdən ibarət heyəti də iştirak edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [15:21]
“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır
- 26.04.2024 [10:14]
“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb VİDEO
- 25.04.2024 [10:31]
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir VİDEO
- 24.04.2024 [13:10]