Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Azərbaycan multikulturalizmi Avropada tədqiq olunur

Azərbaycan multikulturalizmi Avropada tədqiq olunur

Bakı, 5 aprel, AZƏRTAC

Xəbər verdiyimiz kimi, Bern şəhərindəki İsveçrə Dinlər Evində Azərbaycanın bu ölkədəki səfirliyinin təşəbbüsü və “Dinlər Evi - Mədəniyyətlərin Dialoqu” qurumunun birgə təşkilatçılığı ilə “Multikulturalizm və mədəniyyətlərarası dialoq: İsveçrə və Azərbaycan modelləri” mövzusunda konfrans keçirilib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, konfransda Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birinci müavini Səyyad Salahlının rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) şöbə müdiri Rəşad İlyasov da təmsil olunub.

Konfransla bağlı təəssüratlarını bölüşən R.İlyasov deyib: “Multikultural mühit baxımından İsveçrə multikulturalizmi dünyada aparıcı modellərdən hesab olunur. Məhz Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi təsis olunduğu gündən etibarən ölkəmizin multikulturalizm modelini müqayisəli şəkildə təbliğ və təşviq etmək üçün İsveçrə ilə də əməkdaşlıq edir. İsveçrənin Friburq Universitetində “Azərbaycan multikulturalizmi” fənninin tədrisi, 2015-ci ildə Cenevrədə “Azərbaycan və İsveçrədə multikulturalizm və dünyəviliyin ortaq dəyərləri” adlı kitabın təqdimatında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Azad Məmmədovun fəal iştirakı və çıxışı qısa vaxtda yaranan münasibətlərin bariz nümunəsidir. Məhz bu istiqamətdə yeni bir addım olaraq Bern şəhərindəki İsveçrə Dinlər Evində Azərbaycanın bu ölkədəki səfirliyinin təşəbbüsü və “Dinlər Evi - Mədəniyyətlərin Dialoqu” qurumunun birgə təşkilatçılığı ilə “Multikulturalizm və mədəniyyətlərarası dialoq: İsveçrə və Azərbaycan modelləri” mövzusunda konfrans keçirildi.

Qeyd etməliyəm ki, federalizm çoxçalarlı İsveçrə cəmiyyətini yüz illərlə birləşdirən amil olub. Məhz ərazi-dil prinsipli federalizmin tarixən mühüm siyasi irs və dəyər hesab edilməsi, İsveçrə cəmiyyətini din və dil icmalarına parçalanmadan xilas edib. Bu kontekstdə 2014-cü ildə istifadəyə verilən “Dinlər Evi - Mədəniyyətlərin Dialoqu” qurumunun binası həm qlobal arenada, həm də İsveçrə üçün xüsusi əhəmiyyət kəsb edir. Belə ki, Dinlər Evində Xristianlıq, İslam, Buddizm, Hinduizm, Ələvilik, Siqh dinlərinə aid ibadət yerləri mövcuddur. Hər bir otaq geniş şəkildə olmaqla daxili qapılarla bir-birlərinə açılır. Beş yüz nəfərlik məscid, Hinduizmə aid geniş ibadət və festival yeri, Xristian məzhəblərinin hər birini əks etdirən rəsmli ibadət yeri, isveçrəlilər tərəfindən yeni din olaraq qəbul edilən və İsveçrədə geniş yayılan Ələviliyin sazlı otağı Dinlər Evinin müxtəlif dini çalarları özündə ehtiva etməsi baxımından əlamətdardır. Dinlər Evində, eyni zamanda, müxtəlif din mənsublarının uşaqları üçün də xüsusi otaqlar və tədris kursları mövcuddur. Burada onlar üçün məşğələlər keçirilir”.

Konfransın Dinlər Evində keçirilən ilk böyük tədbir olduğunu deyən BBMM-nin şöbə müdiri bildirib: “Tədbirdə Multikulturalizm Mərkəzinin yarandığı gündən etibarən uğurlu işləri, ölkə daxilindəki və xaricindəki fəaliyyəti, o cümlədən Azərbaycan, ingilis və rus dillərində nəşr olunan “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabı, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən həyata keçirilən yay və qış məktəblərinin də yer aldığı virtual “dəyirmi masa”lar haqqında məlumat verdim. Yay və qış məktəbi iştirakçıları tərəfindən yeni yaradılan “Azərbaycanın Gənc Dostları” Beynəlxalq Klubu haqqında ətraflı danışdım. Məhz bu məqamlar tədbir iştirakçıları tərəfindən alqışlandı və ciddi sualların ünvanlanmasına səbəb oldu.

Tədbirin moderatoru Brigitta Rotachın “Dinlər Evi - Mədəniyyətlərin Dialoqu” qurumunun rəhbəri Qerda Hauka ingilis dilində “Literary Sources of Azerbaijani Multiculturalism” kitabını təqdim etdikdən sonra mənə ilk sualı belə oldu: “Bu kitabla bağlı Qərbdən sizə elmi reaksiyalar və mülahizələr gəldimi?” Mən cavabımda bu kitabın yeni nəşr olunduğunu və ilk olaraq İsveçrədə təqdim edildiyini söylədim və onların reaksiya və təkliflərini gözlədiyimizi bildirdim.

2016-cı ildə Azərbaycana səfəri zamanı Prezident İlham Əliyevlə də görüşən İsveçrə Yəhudi İcmaları Federasiyasının prezidenti Herbert Vinter ölkəmizdə multikulturalizm və sosial-iqtisadi münasibətlərin necə qurulması ilə bağlı ünvanladığı suala cavabımda Multikulturalizm Mərkəzinin nəşr etdiyi I virtual “dəyirmi masa” olaraq, “Müasir dövrdə Azərbaycanda sosial-iqtisadi və mənəvi inkişafın harmoniyası” adlı üç dildə nəşr olunan broşürdən danışdım və kitabçanı cənab Vinterə təqdim etdim. “Dinlər Evi - Mədəniyyətlərin Dialoqu” təşkilatının rəhbəri Qerda Hauk da bu broşürdən istədi və mən ona da Multikulturalizm Mərkəzi adından kitabçanı hədiyyə etdim.

Bern Şulkrays Betlehem kollecinin müəllimi Rut Bielmann BBMM-nin həyata keçirdiyi yay və qış məktəbləri barəsində sual verərək bu istiqamətdə Azərbaycandakı məktəblərlə əməkdaşlıq perspektivləri ilə bağlı suallar verdi. Xanım Rut Bielmanna yay və qış məktəblərinin fəaliyyəti haqda BBMM tərəfindən nəşr olunan virtual “dəyirmi masa” materiallarını təqdim etdim.

Konfransda Azərbaycan Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayevin Fransada yaşayan yəhudilər ilə Azərbaycanda yaşayan yəhudilər arasında sosial müqayisə aparması tədbir iştirakçıları tərəfindən rəğbətlə qarşılandı. Belə ki, Milix Yevdayev Fransız yəhudilərinin “Biz Fransada küçədə fransız, evdə yəhudiyik” sözlərinə qarşılıq olaraq “Biz Azərbaycanda həm küçədə, həm də evdə yəhudiyik” deməsinin reallığı əks etdirdiyini vurğuladı.

Qeyd etməliyəm ki, İsveçrədəki səfirimiz Əkrəm Zeynallı və səfirlik əməkdaşları bu tədbirin yüksək səviyyədə keçirilməsi, Azərbaycan multikulturalizminin İsveçrədə təbliği və təşviqi istiqamətində əllərindən gələni əsirgəmədilər.

İsveçrədəki bu tədbir bir daha göstərdi ki, Azərbaycanın multikulturalizm modeli elmi-ədəbi, siyasi və hüquqi cəhətdən Avropada və beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilir və tədqiq olunur”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Sumqayıtda kiberdələduzluğa qarşı maarifləndirmə işi aparılır

“BrandShield” saxta dərmanlar satan 250-dən çox saytı bloklayıb

Birləşmiş Ərəb Əmirliklərinə güclü yağışlar yağır, uçuşlar təxirə salınıb

Maya Sandu: Moldovanın Avropa İttifaqı üzvlüyünə dair referendum oktyabrın 20-də keçirilə bilər

Prezidentin Mətbuat Xidmətinin məlumatı

BDU-da IV Azərbaycan Astronomiya Olimpiadasının final turu keçiriləcək

Gürcü politoloq: Bəzi ölkələrin geosiyasi maraqları olmasaydı, Azərbaycan torpaqlarını işğaldan daha tez azad edərdi

Bir sıra ölkələrdən quşçuluq məhsullarının Azərbaycana idxalına məhdudiyyət qoyulub

Gürcü politoloq: Azərbaycan öz maraqlarını qorumağa kifayət qədər hazırdır

Avropa Komissiyası ADPU-nun ENGAGE layihəsində assosiativ tərəfdaşlığını rəsmən təsdiq edib

Azərbaycanın energetika naziri IRENA-nın baş direktoru ilə görüşüb

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində AQEM nümayəndə heyəti ilə görüş olub

“BDU könüllüləri” təşkilatının “Lin-Orph” musiqi klubunun konsert proqramı

Regional konfransda Azərbaycanda istilik təchizatı və enerji effektivliyi sahəsində görülən işlərdən danışılıb

Fiziologiya üzrə doktorantura və dissertanturaya hazırlaşanların nəzərinə

“Yaşıl təhsil” - ADPU-da elmi-praktik konfrans

Azərbaycan və Ukraynanın ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub

Bakı və Abşeronda bəzi torpaq sahələri bərpaolunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib

Paytaxtın Nizami rayonunda ağacəkmə aksiyası keçirilib

DSMF ünvanlı sosial yardımla bağlı vətəndaşlara müraciət edib

2023-2024-cü illərdə istehsal edilən istilik enerjisinin həcmi açıqlanıb

Biləsuvar və Neftçalada günəş elektrik stansiyaları tikiləcək

“Crocus City Hall”dakı terror aktı ilə əlaqədar daha bir nəfər həbs olunub

Şərqşünaslıq İnstitutunda özbəkistanlı alimlərlə görüş keçirilib

Elm və təhsil naziri UNICEF-in Azərbaycandakı nümayəndəsi ilə görüşüb

Bakıda Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyətlər sakinlərin istifadəsinə verilib

Azərbaycan məktəbliləri Avropa Qızlar Riyaziyyat Olimpiadasında uğurla çıxış ediblər

BVF: Qarşıdakı il dünya iqtisadiyyatını yavaş, lakin dayanıqlı inkişaf gözləyir

Türkiyənin Hacettepe Universitetinin professoru ADPU-da olub

Azərbaycanlı yazıçının əsəri Praqada səhnələşdirilib

Buraxılış imtahanında 300 bal toplayan şagird: Yüksək nəticə əldə edəcəyimi gözləyirdim

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Dendrologiya İnstitutu “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirib

Cəlilabad sakini babasından qalan odlu silahı polisə könüllü təhvil verib

Bakıda keçiriləcək atıcılıq üzrə Dünya Kubokunun rəsmi posteri təqdim olunub

® “Bakcell” böyük dəyişiklər astanasındadır

Türkiyədə “yaşıl” enerjinin ümumi istehsaldakı payı 55 faizə çatacaq

Bakı məktəblisi: Hədəfim 700 bal toplamaqdır

Biləsuvar rayonunun inzibati ərazisində dövlət mülkiyyətinə aid torpaq sahəsinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Neftçala rayonunun inzibati ərazisində dövlət və bələdiyyə mülkiyyətinə aid bəzi torpaq sahələrinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Pərviz Şahbazov: Azərbaycanda bərpa olunan enerji potensialı 4 dəfə arta bilər

Bakı şəhəri, Qaradağ rayonunun və Abşeron rayonunun inzibati ərazilərində dövlət və bələdiyyə mülkiyyətinə aid bəzi torpaq sahələrinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Qərbi Azərbaycanın siyasi tarixi və etnik mənzərəsi” - ADPU-da mühazirə

Türkiyə və Gürcüstan rəsmiləri regional problemləri müzakirə ediblər

Metanol ixracı 17 faizdən çox artıb

İlin ilk rübündə Aqrar Biznes festivallarında 23 rayondan 3 minə yaxın fermer iştirak edib

BDU-nun Biologiya fakültəsinin tələbələrinə açıq havada dərslər keçirilir

Bu ilin birinci rübündə KOBİA 152 biznes planın hazırlanmasına dəstək olub

Qeyri-verbal kommunikasiyanın təhlili və təşkili - təlim

Əbu-Dabidə Beynəlxalq Bərpaolunan Enerji Agentliyi Assambleyasının 14-cü sessiyası keçiriləcək

Buraxılış imtahanında 300 bal toplayan şagird: Hüquqşünas olmaq istəyirəm

ADA Universitetində Karyera Hazırlığı Həftəsi keçirilir

AQTA və UNICEF arasında əməkdaşlıq genişlənir

AQTA Goranboyda fəaliyyət göstərən bazarda nöqsanlar aşkarlayıb

Saatlıda kənd məktəbinin şagirdi buraxılış imtahanında 300 bal toplayıb

Əqli Mülkiyyət Agentliyi gənc ixtiraçılara dəstək verir

Niyazinin Mənzil Muzeyində Zülfüqar Hacıbəyovun 140 illiyi qeyd olunub

Meksikanın paytaxtında maksimal temperatur qeydə alınıb

Elnur Məmmədli: Avropa çempionatına tam heyətlə gedəcəyik

Naxçıvanda kitabxana müdiri və kitabxanaçı vəzifələri üzrə müsabiqə keçirilib

Füzuli məktəbinin şagirdi buraxılış imtahanında ən yüksək nəticə göstərib

Azərbaycan elektromobil idxalını artırıb

“Məşğulluğa dəstək layihəsi” üzrə görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub

Türkiyə ilə Gürcüstan arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

Baş direktor: Azərbaycan və Türkiyə arasında e-ticarətin inkişafı vacibdir

BDU-da “Gənclik həftəsi” başlanıb

Kəngərli rayonunda avtomobil yanıb

AZƏRBAYCANIN GƏNC İSTEDADLARI
Sona Bəşirova

“Təbiətə quş yuvaları hədiyyə edək” adlı layihə həyata keçirilib

Cüdo Federasiyasının baş katibi: Ümid edirəm ki, Avropa çempionatında nəticələrimiz ötənilkindən zəif olmayacaq

Gənclər Fondu yerli və beynəlxalq layihə müraciətlərinin qəbulunu elan edir

Təlim keçmək üçün Rumıniyaya daha üç F-16 göndəriləcək

Füzuli şəhərinə daha 156 ailə köçürüləcək VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Neftçalada vətəndaşları qəbul edib, təsərrüfatlara baxış keçirib

“Azərbaycanda rəqəmsal transformasiya – 2023” bülleteni çapdan çıxıb

“Tərəqqi” medalı ilə təltif edilmiş qadınlara mükafatlar təqdim olunub

Yüksək Liqa: “Murov Az Terminal” yarımfinalda “Neftçi”yə qalib gəlib

Bərdə-Ağdam avtomobil yolunda baş verən qəzada bir nəfər ölüb - YENİLƏNİB VİDEO

Cüdo üzrə Azərbaycan millisi Avropa çempionatına tam heyətlə hazırlaşır

Azad edilmiş ərazilərdəki yaylaqlara köçəcək 4 min 500 nəfərdən çox fermerə ANAMA təlimlər keçir

Çində Azərbaycan dili virtual formada tədris olunacaq VİDEO

BMU-nun nümayəndələri Özbəkistanda beynəlxalq konfransda iştirak edəcəklər

Sosial şəbəkələrdə qeyri-etik paylaşımlar edən şəxs saxlanılıb

Bişkekdə TÜRKPA-nın iclası keçiriləcək

Dünya Bankı “ASAN xidmət” konseptini yüksək qiymətləndirir

Keçmiş məcburi köçkünlərin qayıdış prosesi ilə bağlı müraciətləri dinlənilib

Mer: Azərbaycan İrpenin ən böyük 4 obyektinin yenidən qurulmasını və bərpasını maliyyələşdirəcək VİDEO

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Qax şəhər məktəbinin 2 şagirdi buraxılış imtahanında maksimum nəticə göstərib

Bakıdakı Dünya Kubokunda iştirak edəcək Azərbaycan gimnastları müəyyənləşib

Ədəbiyyat İnstitutunda “Məhəmməd Füzuli və Türk dünyası” mövzusunda elmi konfrans keçirilib

Sumqayıtda “Ekoloji təhlükəsizlik və yaşıl dünya” adlı işgüzar konfrans keçirilib

Azərbaycanın bu ilin birinci rübündə ən çox neft ixrac etdiyi ölkə İtaliyadır

Masazırda narkoanbar kimi istifadə olunan ev aşkar edilib

Daha beş qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub

® “Kapital Bank” 2024-cü ilin I rübünün maliyyə nəticələrini elan edib

Yaşar Gülər: Türkiyə dünyada təhlükəsizlik, sülh və sabitliyə ciddi töhfə verir

ACE platformasından neft hasilatına başlanılıb

Azərbaycan klubları Superkubok oyununun bərpa olunmasını istəyir - ARAŞDIRMA

Azərbaycan “ACWA Power” şirkəti ilə quruda və dənizdə külək enerjisi layihələrini müzakirə edib