Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Azərbaycan multikulturalizmi bu gün:
Portuqaliyadan İndoneziyayadək...

Azərbaycan multikulturalizmi bu gün:Portuqaliyadan İndoneziyayadək...

Bakı, 2 yanvar, AZƏRTAC

Multikulturalizm və tolerantlıq tarixən azərbaycanlıların həyat tərzi olub, bu gün isə milli kimliyindən, dilindən, dinindən asılı olmayaraq Azərbaycan dövlətinin hər bir vətəndaşının gündəlik həyat tərzinə çevrilib. Ölkə Prezidenti İlham Əliyevin Azərbaycan multikulturalizminin elmi əsaslarla öyrənilməsi və dünyada təbliği istiqamətində göstərdiyi konkret hədəflərə çatmaq üçün atılan əməli addımlar dövlət qurumları, siyasətçilər, hökumət adamları ilə yanaşı, hər bir vətəndaşımızın üzərinə şərəfli vəzifə qoyur.

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidməti də 2015-ci ildə fəaliyyətini dövlət başçısının daxili və xarici siyasətdə göstərdiyi konkret hədəflərə çatmaq istiqamətində qurub. İl ərzində ölkəmizdə yaşayan milli azlıqların hüquq və azadlıqlarının dövlət təminatı, dövlət-din münasibətlərinin qanunvericiliyin tələblərinə uyğun şəkildə tənzimlənməsi, Azərbaycan multikulturalizminin dövlət siyasəti kimi ölkə daxilində və xaricdə təbliği, multikultural ənənələrin qorunması və müasir dövrün tələblərinə uyğun şəkildə inkişafı üçün Xidmət ardıcıl ideoloji-siyasi, həmçinin praktik fəaliyyət göstərib.

Qanunvericiliyimizdən və Azərbaycan multikulturalizminin özəl prinsiplərindən irəli gələrək icra edilən din siyasəti və ölkəmizdə yaşayan azsaylı xalqların, toplumların mədəniyyət nümunələrinin qorunması, hüquqlarının ali təminatı istiqamətində görülən işlərin dünya ictimaiyyətinə çatdırılması üçün Xidmət müəyyən layihələr həyata keçirib.

Azərbaycan multikulturalizmi

dünyanın müxtəlif ölkələrində

Xidmətin təşəbbüsü və dəstəyi ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi bu gün dövlət siyasətinin vacib istiqamətlərindən biri olan Azərbaycan multikulturalizminin dünya ölkələrində təbliğini ən müxtəlif formalarda qurmağa çalışır.

İlk olaraq Xidmət tərəfindən “Multikulturalizmə giriş” (bakalavr pilləsi), “Azərbaycan multikulturalizmi” (magistr pilləsi) fənləri üzrə tədris proqramları hazırlanıb. Bununla paralel bu fənləri xarici dillərdə tədris edəcək müəllimlərin hazırlıq prosesi başlanıb. Qısa zaman kəsiyində bu fənn ölkəmizin 20 ali təhsil ocağında və 11 xarici ölkə universitetində tədris olunub. Onların sırasında Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti (Bolqarıstan), İvan Cavaxişvili adına Tbilisi Dövlət Universiteti (Gürcüstan), Ural Federal Universiteti (Rusiya Federasiyası), Litva Pedaqoji Universiteti (Litva), Praqa Karl Universiteti (Çexiya), Roma Sapienza Universiteti (İtaliya), Belarus Dövlət Universiteti (Belarus), Lusafona Universiteti (Portuqaliya), Ausburq Universiteti (Almaniya), Frayburq Universiteti (İsveçrə) və Sakarya Universitetində (Türkiyə) və başqalarını göstərmək olar. Bu universitetlərdə “Azərbaycan multikulturalizmi” fənni həm azərbaycanlı və həm də xarici müəllimlər tərəfindən tədris edilib.

Sülh və dostluq şəraitində yaşamın dünya üçün yeni modeli olan Azərbaycan multikulturalizmi xarici ölkələrdə təkcə universitetlərdə deyil, eyni zamanda müxtəlif təşkilatlarda kollokviumlar, seminarlar, “dəyirmi masa”lar formatında da təqdim edilib. Bu təqdimatlar Londondakı BBC-nin qərargahından tutmuş İndoneziyanın Coqyakarta şəhərindəki Ahmad Dahlan Universitetinə qədər olan geniş coğrafiyanı əhatə edib.

Azərbaycan mədəniyyətini, tarixini, dilini, ədəbiyyatını, iqtisadiyyatını, müasir ictimai-siyasi durumunu özündə kompleks şəkildə birləşdirən “Azərbaycan multikulturalizmi” fənni eyni zamanda ölkəmizdə, özəlliklə, texniki peşələr və dəqiq elmlər təmayüllü universitetlərdə, institutlarda və xüsusi tipli təhsil ocaqlarında tədris olunmağa başladı və bu gün də davam etməkdədir.

Bu istiqamətdə real ənənələri olan Bakı Slavyan Universitetində ölkədə ilk olaraq “Azərbaycan multikulturalizmi” kafedrası yaradıldı və fəaliyyəti təmin edildi.

Azərbaycana maraq Azərbaycana

məhəbbətə necə çevrilir?!

Keçən yay xarici ölkə universitetlərində və ölkəmizdəki təhsil ocaqlarında “Azərbaycan multikulturalizmi” fənnini yüksək qiymətlərlə başa vuran tələbələr “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: öyrən, araşdır, paylaş” devizi altında təşkil olunan yay məktəbinə dəvət olunmuşdular. Xarici tələbələrin bu fənni seçməklə Azərbaycana göstərdikləri maraq ölkəmizi gəlib gördükdən və buradakı reallığın həqiqi şahidləri olduqdan sonra Azərbaycana məhəbbətə çevrildi. Bakıda, Qubada, Qusarda, Xaçmazda gördükləri multikultural əhval və insanlara sevgi, dostluq hissləri ilə dolu həyat onlarda Azərbaycanla bağlı dərin təəssüratlar yaratdı. Onlar bu gün öz ölkələrində Azərbaycanın yeni dostları, Azərbaycanın maraqlarını müdafiə edəcək şəxslər və daima ölkəmizə məhəbbətlərini izhar edən gənclərdir. Onlar Azərbaycana qarşı baş verən istənilən ədalətsizliyə anında sərt reaksiyalar verir və Azərbaycan reallığının ölkəmizə qarşı ikili standartlar sərgiləyən dövlətlərin və beynəlxalq təşkilatların hesabatlarında təqdim edilən şəkildə olmadığı fikrini başqaları ilə bölüşür və bütün bunları dönə-dönə ifadə etməkdən çəkinmirlər. Onlar Azərbaycanı həqiqi dost kimi sevirlər. Bu yaxınlarda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəvəti ilə Los-Ancelesdəki Sinay sinaqoqunun 50 nəfər üzvü baş ravvin David Volpenin rəhbərliyi ilə Azərbaycana səfər etmişdi. Səfərdən sonra hörmətli David Volpe Amerikanın “Time” jurnalında Azərbaycana məhəbbət və heyranlıq dolu bir məqalə dərc etdirdi. Əslində, o, Azərbaycan həqiqətini Amerika oxucusuna çatdırmaq istəyirdi. Amma nə baş verdi?! Bu məqalə erməni lobbisinin haqsız hücumlarına məruz qaldı. Bu haqsız hücumların qarşısına isə biz azərbaycanlılardan əvvəl yay məktəbinin iştirakçıları olmuş gənclər çıxdı və onlar David Volpeni müdafiə etdilər. Həm öz ölkələrindəki media orqanlarında, həm də sosial şəbəkələrdə onların verdiyi reaksiya, əslində, bir azərbaycanlının verə biləcəyi reaksiya qədər səmimi və kəsərli idi.

Milli mənsubiyyət – qürur,

Azərbaycanlı olmaq – fəxarətdir

Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması sahəsində həyata keçirilən siyasi xətt hazırda Prezident İlham Əliyev tərəfindən inamla davam və inkişaf etdirilir. Xalqımızın ümummilli lideri Heydər Əliyevin söylədiyi “Hər bir xalqın milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən fəxr edirəm ki, Azərbaycanlıyam!” ifadəsi bu gün hər bir ləyaqətli ölkə vətəndaşının həyat düsturuna çevrilib.

Xidmət bu il ərzində də ölkədə milli azlıqların hüquq və azadlıqlarının müdafiəsi, onların mədəni-mənəvi irsinin qorunması və dini etiqad azadlığının təminatı ilə bağlı yerli icra hakimiyyəti orqanları və digər dövlət strukturları ilə öz işini sıx şəkildə qurdu. Milli azlıqların dil və mədəniyyətinin qorunub saxlanması və inkişafı, onlara məxsus milli özünəməxsusluğun, adət-ənənələrin gələcək nəsillərə çatdırılması, eyni zamanda onların sıx yaşadığı bölgələrdə Azərbaycanın dövlət müstəqilliyinin və azərbaycançılıq ideyalarının təbliği, hərbi vətənpərvərlik, vahid dövlətçilik, vətənə sədaqət hisslərinin gücləndirilməsi istiqamətində müvafiq dövlət qurumları və azlıqların milli mədəni təşkilatları ilə birgə ardıcıl fəaliyyət həyata keçirdi. Xidmətin təşəbbüsü ilə fəaliyyətə başlayan “Kultura+” internet televiziyasında milli azlıqların dil və mədəniyyətinin qorunub saxlanması üçün müxtəlif verilişlər və milli azlıqların dillərinin virtual tədrisini həyata keçirən proqramlar hazırlandı və kulturaplus.az saytında yerləşdirildi. Həmçinin bu saytda Azərbaycanın xaricdəki dostları öz dillərində Azərbaycana məhəbbətlərini ifadə etdilər və bu xoş sözlər dünyanın bir çox ölkələrində izləndi. “Kultura+” vasitəsilə bu gün ən uzaq ölkələrdə belə Azərbaycanın multikultural durumu barədə real təsəvvür yaranmaqdadır.

Xınalıqdan Çinədək

Prezident İlham Əliyevin bu ilin əvvəlində imzaladığı “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi” ilə bağlı xüsusi Sərəncam təkcə bu dastanı deyil, həm də Azərbaycan mədəniyyətini, ədəbiyyatını, tarixini dünya elm adamlarının və gəncliyinin bir daha diqqət mərkəzinə çevirdi. Bir daha bu Sərəncamın işığında Fransa, Almaniya, İngiltərə, ABŞ, Portuqaliya, Rusiya, Türkiyə, İtaliya və başqa ölkələrdə Azərbaycan mədəniyyəti bir daha dünya ictimaiyyətinə təqdim olundu. Və məhz ölkə başçısının böyük uzaqgörənliklə imzaladığı bu Sərəncam sayəsində görkəmli alman şərqşünas alimi və diplomatı Henrix Fridrix fon Ditsin 200 il əvvəl Azərbaycan ədəbiyyatı və mədəniyyəti ilə bağlı qələmə aldığı çox dəyərli fikirlər və “Dədə Qorqud” dastanının “Basat” boyu bir kəndin dili olan Xınalıq dilindən, yüz milyonların dili olan Çin dilinə qədər geniş bir coğrafiyaya yayılmış oldu. Kitab Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən Azərbaycan, türk, alman, ingilis, fransız, rus, Çin, yapon, hind, ərəb, fars, yunan, yəhudi, gürcü, erməni, macar, italyan, Ukrayna və başqa dillərdə çap edildi.

Bu Sərəncamdan ölkəmizdə yaşayan milli azlıqlara da sevinc dolu bir pay düşdü. Çünki qeyd edilən kitab eyni zamanda talış, tat, udi, ləzgi, kürd və Xınalıq dillərinə də tərcümə edilərək çap edilmişdi. Beləliklə, hər bir Azərbaycan vətəndaşı ümumi ana kitabımız “Dədə Qorqud”u indi öz dilində oxuyur.

Hər qarışında Qorqud izi

Xidmət öz fəaliyyətində Prezident İlham Əliyevin şəxsi nümunəsini əsas götürərək, təkcə paytaxtda deyil, bölgələrimizdə yaşayan insanlarla birbaşa sıx ünsiyyət qurub. Xidmət əməkdaşları bu il ərzində Naxçıvan Muxtar Respublikası da daxil olmaqla ölkəmizin əksər bölgələrində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə çoxsaylı yerli əhalinin qatıldığı müxtəlif tədbirlərdə iştirak edib. Biz “Dədə Qorqud” dastanının ölkəmizin müxtəlif guşələrinə səpələnmiş izlərinə düşüb Xocavənd-Nərgiztəpə, Ağdam, Füzuli, Tərtər, Tovuz, Qazax, Quba, Qusar, Zaqatala, Qax, Balakən, Lənkəran, Yardımlı, Zərdab, Göyçay, Şamaxı, Qəbələ, Şəki və başqa rayonlarımızda yerli məktəblilərin, ziyalıların, ictimaiyyət nümayəndələrinin iştirakı ilə saysız-hesabsız tədbirlər təşkil etdik. Bu tədbirlərdə malakanlar ingiloyların, ləzgilər talışların, saxurlar axısxa türklərinin, həmçinin bakılılar tovuzluların, ağdamlılar qubalıların, qazaxlılar şəkililərin, astaralılar maştağalıların evlərində qonaq qaldılar. Hər yerdə Azərbaycançılıq məfkurəsi hökm sürdü. Bu məfkurənin əsl təntənəsi baş verdi. Və bütün bunlar əsl qardaşlıq və vətəndaşlıq nümunəsinə çevrilirdi.

Qafqaz Albaniyasının renessansı

Akademik Ramiz Mehdiyevin öz əsərlərində dəfələrlə erməni fitnəsi və saxtakarlığına qarşı ortaya qoyduğu prinsipial elmi mövqe və bədxahlarımızın əsassız iddialarını elmi-tarixi mənbələr əsasında puça çıxarması Dövlət müşavirliyi xidmətinin işində də yeni istiqamətin meydana gəlməsinə vəsilə oldu. Erməni yalanlarını üzə çıxaracaq qədim Azərbaycan dövləti olan Qafqaz Albaniyasının tarixini təkcə yerli və bölgə əhəmiyyətli mənbələr əsasında deyil, xarici ölkə alimlərinin fikirləri, şərhləri və tərtib etdikləri tarixi arayışlar, xəritələr əsasında sistemli tədqiq etmək və bunu beynəlxalq elmi ictimaiyyətin diqqətinə çatdırmaq ötən il Xidmətin əsas işlərindən biri oldu. Bu məqsədlə bölgələrimizdəki Qafqaz Albaniyasına məxsus abidələrin tədqiqinin əsl renessansı başladı. Ermənilərin əsassız Qarabağ iddialarına öz varlığı ilə böyük zərbə vuran qədim Bərdə İmamzadəsi təmir və bərpa olunaraq yenidən insanların istifadəsinə verildi. İmamzadə təkcə dini sitayiş yeri kimi deyil, həm də özündə zəngin tarixi izləri qoruyub saxlayan bir muzey kimi də insanların üzünə öz qapılarını açdı. Bu abidələr məktəblilərin ziyarət edəcəkləri tarixi məkanlara çevrildi. Çünki onlar real olaraq Azərbaycan tarixinin müəyyən səhifələrini yaşadırdılar. Təsadüfi deyil ki, elə buna görə də təkcə ölkəmizdə deyil, xaricdə, məsələn, İtaliyada albanşünasların iştirakı ilə bu istiqamətdə müxtəlif konfranslar, “dəyirmi masa”lar və ictimai müzakirələr keçirildi. “Kultura+” internet televiziyası burada da öz missiyasını yerinə yetirdi. Bu internet TV-də erməni yalanlarını ifşa edən sanballı verilişlər və sənədli filmlər hazırlandı. Və bu iş bu gün də Azərbaycan və xarici ölkə ziyalıları tərəfindən davam etdirilir.

İstinad yerimiz – qaynaqlar

Dövlət başçısı İlham Əliyev dəfələrlə öz çıxışlarında vurğulayır ki, multikulturalizm Azərbaycanda tarixən olub və bu gün də var. Azərbaycan xalqının zəngin multikultural keçmişi təkcə xalqımızın bugünkü tolerant yaşam tərzi ilə deyil, həm də yaratmış olduğu ədəbi-bədii, elmi-fəlsəfi, siyasi-hüquqi qaynaqlarda, sənədlərdə yaşayır. Bu mənada Xidmətin təşəbbüsü ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Azərbaycan Milli Elmlər Akademiyasının və ölkə universitetlərinin mütəxəssislərinin birgə iştirakı ilə “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları”, “Azərbaycan multikulturalizminin elmi-fəlsəfi və publisistik qaynaqları”, “Azərbaycan multikulturalizminin siyasi qaynaqları” adlı monoqrafiyalar hazırlanır. Təbii ki, adı çəkilən əsərlərlə bu iş bitməyəcəkdir. Əslində, son dərəcə faydalı və zəruri bir elmi nəşr seriyası işıq üzü görməkdədir. Onun müxtəlif dillərə tərcüməsi, yeni-yeni mahiyyətlər və istiqamətlərlə zənginləşdirilməsi nəzərdə tutulur.

Bununla yanaşı, Xidmətin intellektual dəstəyi ilə “Azərbaycan Multikulturalizmi” adlı dərsliyin hazırlanması işinə də start verilib. Bu dərslik həm xaricdə, həm də Azərbaycanda “Azərbaycan multikulturalizmi” fənnini öyrənən tələbələr üçün xüsusi bir əhəmiyyət daşıyan vəsait olacaq. Onu da qeyd etmək istərdim ki, bu dərsliyin səhifələrində eyni zamanda xarici mütəxəssislər də öz ölkələrindəki multikultural dəyər və əhvalı vətənimizdəkilərlə müqayisə etmək imkanına malik olacaqlar. Məsələn, bu müqayisəli prinsip alman, italyan, rus, gürcü universitetlərində artıq həyata keçirilir. Bu halda hər iki ölkəni daha aydın şəkildə “görmək” üçün eyni baxış bucaqları formalaşır.

Azərbaycanda olan tolerant və multikultural reallığın təkcə azərbaycanlıların deyil, xarici ölkə alimlərinin, görkəmli elm xadimlərinin, siyasət nümayəndələrinin, həmçinin tələbələrin gözü ilə dünyaya təqdim edilməsi də müsbət ənənəyə çevrilməkdədir. Bu məqsədlə Xidmət tərəfindən hələlik 4 virtual “dəyirmi masa” təşkil olunub. “Müasir dövrdə Azərbaycanda sosial-iqtisadi və mənəvi inkişafın harmoniyası”, “Multikultural təhlükəsizlik”, “Xarici ölkə universitetlərində “Azərbaycan multikkulturalizmi” fənninin tədrisi: problemlər və perspektivlər”, “Azərbaycana maraq Azərbaycana məhəbbətə çevrilir (Azərbaycan multikulturalizmi yerli və əcnəbi tələbələrin gözü ilə)” mövzusunda olan bu “dəyirmi masa”ların materialları Azərbaycan, rus və ingilis dillərində dərc edilərək ölkə daxilində və xaricdə paylanıb. Virtual “dəyirmi masa”larda Braziliyadan, Amerikadan, İtaliyadan, Litvadan, Bolqarıstandan, Türkiyədən, Rusiyadan, Gücüstandan, Misirdən, İordaniyadan və başqa ölkələrdən tanınmış alimlər, ictimai xadimlər və tələbələr iştirak edib.

Portuqaliyadan İndoneziyaya qədər

İl ərzində Azərbaycanda olan sabit və demokratik mühiti, insan haqlarının ali təminatını həzm edə bilməyən və öz qərəzli hesabatları, ölkəmizə qarşı ikili standartları ilə gündəmə gələn bəzi beynəlxalq QHT-lər və təşkilatlara da ölkəmizdəki milli azlıqların hüquqlarının qorunması və dini etiqad azadlığı sahəsində həyata keçirilən dövlət siyasəti haqqında yetəri qədər informasiyalar verilib. ATƏT- in İnsan Ölçüsü Komitəsinin Vyanada keçirilən iclasında “Tolerantlıq və qeyri ayrı-seçkilik: Azərbaycan təcrübəsi” mövzusunda ölkəmizdəki multikultural və tolerant mühit haqda Xidmət tərəfindən xüsusi təqdimat edilib. Ölkəmiz haqqında həqiqətləri öyrənmək üçün qərəzli məruzəçilər və bu təşkilatların nümayəndələri Azərbaycanı yaxından tanımaq və reallıqları öz gözləri ilə görmək üçün ölkəmizə dəvət edilib. Xidmətin həm təklikdə, həm də müxtəlif dövlət qurumları ilə birgə Almaniya, İsveç, İngiltərə, Gürcüstan, Rusiya, İtaliya, Türkiyə və başqa ölkələrdə təşkil etdiyi tədbirlər Azərbaycan multikulturalizmini dünyaya təqdim etməklə yanaşı, həm də Azərbaycan tarixini, mədəniyyətini, dövlətçiliyini və bu gün ölkəmizdə həyata keçirilən uğurlu daxili və xarici siyasəti dünya ictimaiyyətinin diqqətinə çatdırıb. Bu tədbirlərdə ürək genişliyi ilə ölkəmizin müsəlman, xristian, yəhudi konfessiyalarının rəhbərləri iştirak ediblər və şeyxülislam hacı Allahşükür Paşazadənin xaricdəki məclislərin birində tribunadan dediyi kimi müsəlmanların (həm sünni, həm də şiələrin), yəhudilərin, pravoslavların, katoliklərin və digər din və məzhəb nümayəndələrinin qardaş kimi yaşadığı Azərbaycan bir model kimi bu gün həqiqətən dünya üçün bir örnəkdir. Qeyd edim ki, dini liderin bu sözləri ilə razılaşmayanlar yox idi.

Belə bir özəl modelin yaranmasına səbəb isə müxtəlif dinlərə və onların nümayəndələrinə ölkə rəhbərliyi, şəxsən Prezident İlham Əliyev tərəfindən yönəlmiş bərabər siyasi münasibətdir. Azərbaycanda heç bir səmavi dinin başqasından üstünlüyü olmadığı kimi, modelin başqa yaranma üsulu da yoxdur.

Bu gün Portuqaliyadan İndoneziyaya qədər ən müxtəlif ölkələrin universitetlərində, intellektual dairələrində və ictimai-siyasi qurumlarında Azərbaycan dəyərləri müzakirə edilir. Biz sual-cavabların içindəyik. Maraqlıdır ki, opponentlərimizə cavablar yavaş-yavaş daha çox xaricdəki Azərbaycansevərlər tərəfindən verilir. Onlar artıq püxtələşmiş və nə etdiklərini şüurlu şəkildə bilən intellektual qüvvələrdir. Ölkəmizin xeyirxahlarının sayı çoxalır, dostlarının sayı artır. İnanıram ki, onların səsi getdikcə daha aydın və məqsədyönlü şəkildə eşidiləcək. Bunun üçün Azərbaycandaxili mümkün olan və hətta mümkün olmayan koordinasiya məqamlarının gücünü artırmalı, məqsəd və vəzifələri daha aydın şəkildə qarşımıza qoymalıyıq.

Azərbaycan Prezidentinin dəqiqliklə göstərdiyi ideoloji hədəflərə doğru daha qəti addımlarla irəliləmək əzmindəyik.

Kamal Abdullayev,

Azərbaycan Respublikasının millətlərarası,

multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Crocus City Hall”da terror aktı törədilən yerdə sübutların yoxlanılması başa çatdırılıb

“Azərişıq” Göyçayda yenidənqurma işlərini davam etdirir

Səfir Leyla Abdullayeva Fransanın nüfuzlu universitetində Azərbaycanın enerji siyasətindən danışıb

Lavrov: Ermənistandakı vəziyyət nikbinlik yaratmır

Növbəti aqrar biznes festivalı Qubada təşkil olunub

Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turniri 21 medalla başa vurublar

Politoloq: Ermənistanın Gürcüstan ərazilərini işğal etməsi de-yure təsdiqlənib

Naxçıvanda sel sularından səmərəli istifadə təmin edilib

Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub

İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb

“Morgenland” Odlar Yurdu ilə görüşür” - Azərbaycan və Almaniya musiqiçilərinin birgə layihəsi təqdim olunub

Nazir: “SİMA İmza” tətbiqinin xarici ölkələrə ixracı üçün danışıqlar aparılır

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Şirvan Apellyasiya Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb

Taha Ayhan: Məqsədimiz Şuşanın azad olunma hekayəsini bütün dünyaya çatdırmaqdır

Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək

Fərid Qayıbov: İl ərzində Şuşada gənclər üçün müxtəlif tədbirlər keçiriləcək

Roma Papasının səhhəti yaxşılaşıb

Elektron Təhlükəsizlik Xidməti OIC-CERT kibertəhlükəsizlik təşkilatına üzv olub

Nazirlik: Taksilərin ağ və ya qırmızı olması ilə bağlı tələb yalnız iyulun 1-dən idxal edilən avtomobillərə şamil edilir

N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz

“Clarivate” şirkətinin nümayəndəsi seçilmiş jurnalların əməkdaşları üçün təlim keçəcək

Gəncə-Qazax bölgəsində yerləşən kolleclərdə monitorinqlər başlanıb

“Şuşa İƏT Gənclər Paytaxtı - 2024” beynəlxalq proqramının keçirilməsinə dair öhdəlik protokolu imzalanıb

Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib

Canını Vətənə fəda edənlər – Elçin Şükürov

Bağçalara müdir vəzifəsinə işə qəbulun test imtahanı mərhələsinin qaydaları açıqlanıb

Gürcüstanda doğulan uşaqların sayı 5 faiz azalıb

Mingəçevirdə yataqxana binasında yanğın olub, sakinlər təxliyə edilib

ABB Ağdaş filialını da yeniləyib

Naxçıvanda saxta zeytun yağları satış dövriyyəsindən kənarlaşdırılıb

“İnsanlıq əleyhinə cinayət: soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar” mövzusunda konfrans keçirilib

Sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində AYNA-nın loqosu olacaq

Taksilərdə nağdsız ödəniş üçün pos-terminallar quraşdırılacaq

Taksi fənərləri ilə bağlı tələb müəyyənləşib

Qərbi Azərbaycan yallıları ilə bağlı kitabın təqdimatı olub

Akademik Əhəd Canəhmədov Niderlandda beynəlxalq tədbirdə elmi məruzə ilə çıxış edib

Azərbaycanla Misir arasında qida məhsullarının dövriyyəsini genişləndirmək məsələsi müzakirə olunub

Beynəlxalq turizm portalı Azərbaycanla bağlı yazı dərc edib

AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib

“Türk xalqları ədəbiyyatı” üç cilddə nəşrə hazırlanır

Buraxılış tarixi on beş ildən çox olan avtomobillər taksi kimi fəaliyyət göstərə bilməyəcəklər

Sumqayıtda yolların təmirinə başlanılıb VİDEO

Şokoladın həddindən artıq yeyilməsi baş ağrıları və qan təzyiqinin dəyişməsinə səbəb ola bilər

Ağciyər Xəstəlikləri İnstitutunda Ümumdünya Vərəmlə Mübarizə Gününə həsr olunan elmi-praktik konfrans keçirilib

“The Nation” qəzeti: ABŞ söz və fikir azadlığını qoruduğunu bildirir, lakin jurnalistlərin qətlinin təşkilində iştirak edir

Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid qaydasında dəyişiklik edilib

"IELTS imtahanına təşviq" layihəsi çərçivəsində 300 nəfər uğurlu nəticə əldə edib

Türkiyə Silahlı Qüvvələri son bir həftədə 38 terrorçunu zərərsizləşdirib

Niyazinin mənzil-muzeyində Əməkdar artist Arif Manaflı ilə görüş

Premyer Liqa: Dörd oyuna hakim təyinatları açıqlanıb

Azərbaycan ağırlıqqaldıranları üçün antidopinqlə bağlı seminar keçirilib

Azərbaycan və Türkiyə birgə tarixi film çəkəcəklər

“Azərbaycanda sürüşmə hadisələrinin kataloqu” Moskvada nəşr edilib

Korsikanın muxtariyyətinə dair qanun layihəsi qəbul olundu, deputat etiraz etdi: Bu, buxovdur

Birinci Beynəlxalq Opera Festivalının ən gənc iştirakçıları çıxışa hazırlaşırlar

Taksilərin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər təsdiqlənib

BMT-nin İnkişaf Proqramı ilə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması məqsədilə daxili müsahibə elan edilir

Kino Agentliyində “Kinematoqrafiya haqqında” Qanunun yenilənməsi məqsədilə işçi qrupu yaradılır

Novruz bayramı günlərində yollarda 39 yol-nəqliyyat hadisəsi baş verib

Bakı şəhərətrafı dəmir yolu nəqliyyatı ilə sərnişindaşıma fəaliyyəti üzrə subsidiya verilməsi Qaydaları təsdiqlənib

“Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 987-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1048-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Bakı şəhərətrafı dəmiryol nəqliyyatı ilə sərnişindaşıma fəaliyyəti üzrə subsidiya verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Federasiya rəsmisi: “Böyük İpək Yolu” beynəlxalq turnirinin keçirilməsi ölkəmizdə boksun inkişafına müsbət təsir göstərəcək

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 5 avqust tarixli 279 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşların peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə etdikləri bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahanın keçirilməsi və onlara peşə ixtisasını təsdiq edən sənədin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 aprel tarixli 173 nömrəli Qərarı ilə təsdiq edilmiş “Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid Qaydası”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Qafqazşünaslıq İnstitutunda 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş dəyirmi masa keçirilib

Cənubi Afrika Respublikasının Prezidenti Matamela Siril Ramafozadan

Şərqşünas alimin məqaləsi Tehranda çap olunub

Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Biləsuvarda vətəndaşları qəbul edib

Dünyanın futbol üzrə ən dəyərli “onbirliyi” açıqlanıb

Latviyanın xarici işlər naziri istefa verib

Beynəlxalq ekspert: COP29 Azərbaycanın iqtisadi mövqeyini gücləndirməsi üçün strateji fürsətdir - MÜSAHİBƏ

Əcnəbi tələbələr Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər

Qızıl medal qazanan boksçu: Rəqiblərim güclü olsa da, yarış mənim üçün yaxşı keçdi

AzTU Türkiyə universitetləri və istehsalat müəssisələri ilə əməkdaşlıq əlaqələrini genişləndirir

Azərbaycanın daha 2 boksçusu "Böyük İpək Yolu" turnirində qızıl medal qazanıb

BDU-da 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub

ATU rəhbərliyinə institusional akkreditasiya şəhadətnaməsi təqdim olunub

Lənkəranda baş verən qəzada 3 nəfər xəsarət alıb

Şərqşünaslıq İnstitutunda Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib

Gürcüstanda ailə quranların sayı 14,5 faiz azalıb

Azərbaycanlı kinoprodüser beynəlxalq kino forumunda münsiflər heyətinə daxil edilib

YAP Səbail rayon təşkilatı Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım tədbiri keçirib

“Azərbaycanda sənayeləşdirmə: reallıqlar və perspektivlər” – yeni nəşr

Yığmanın baş məşqçisi: Toplanışda keçirdiyimiz matçlar kifayət qədər faydalı oldu

DGK sədri Misir səfiri ilə görüşüb

Şirvan–Salyan Regional Təhsil İdarəsinin fəaliyyəti ilə bağlı müraciətlərə bu nömrə cavab verəcək

Daxili işlər naziri Şamaxıda vətəndaş qəbulu keçirib VİDEO

Fövqəladə Hallar Nazirliyi və “Azərbaycan Dəmir Yolları” QSC birgə təlim keçirib VİDEO

Ötən il BDU-nun Tarix fakültəsinin əməkdaşlarının 4 dərslik və 15 dərs vəsaiti çap olunub

Paytaxt sakininin telefon və çantasını talayan şəxs saxlanılıb VİDEO

“AMEA-da elektron hərəkat və yeni çağırışlar” - seminar

Misirin aparıcı media nümayəndələri ilə görüş olub

“Ermənistanın dostları” şəbəkəsinin əsas məqsədi bölgədə Aİ-nin maraqlarını həyata keçirməkdən ibarətdir - RƏY

Gürcüstan iqlim dəyişikliyi ilə mübarizəyə 3,7 milyard lari xərcləyəcək

“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı