MƏDƏNİYYƏT


“Azərbaycan musiqi qruplarının geyim ənənələri” adlı kitab çapdan çıxıb

Bakı, 25 iyul, AZƏRTAC

Milli Geyim Mərkəzi və Moda Evinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilovanın “Azərbaycan musiqi qruplarının geyim ənənələri” adlı kitabı çapdan çıxıb.

AZƏRTAC xəbər verir ki, elmi-metodik vəsaitdə tarixi inkişafın müxtəlif dövrlərində Azərbaycanda yaranan peşəkar rəqs ansambllarının, habelə özfəaliyyət və uşaq rəqs qruplarının milli geyim növləri, onların inkişaf xüsusiyyətləri diqqət mərkəzinə gətirilir. Görkəmli xalq sənətkarlarının və müasir rəssamların, modelyerlərin bu sahədəki fəaliyyət istiqamətləri üzərində dayanılır.

Kitab Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının elmi şurası tərəfindən təqdir olunub. Nəşrin elmi redaktoru sənətşünaslıq üzrə elmlər doktoru Sevil Sadıxova, rəyçisi sənətşünaslıq üzrə elmlər doktoru, professor, Əməkdar İncəsənət Xadimi Kübra Əliyevadır.

Qeyd edək ki, bu, G.Xəlilovanın üçüncü kitabıdır. Daha əvvəl onun pedaqoq, akademik Vidadi Xəlilova həsr olunmuş “Ata Məhəbbəti, Ata İstəyiylə” adlı kitabı və Azərbaycan milli geyiminin Avropada təbliğinə dair kataloqu çap olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.